İcra başçısı sakinlərin problemlərini dinləyib-FOTOLAR

0 576

Sor-Sor kəndində səyyar qəbul keçirilib.

Kanal32.az-ın məlumatına görə,Oktyabrın 10-da Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun rayonun Sor-Sor kəndində növbəti səyyar qəbul-görüşü keçirilib.

Sor-Sor kənd tam orta məktəbində keçirilən qəbulda rayon  icra  hakimiyyətinin  məsul işçiləri, hüquq mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər  xidmət təşkilatlarının rəhbərləri,Muradxan  kənd  inzibati  ərazi dairəsinə daxil olan Sor-Sor, Muradxan və Çöl-Ərəb kəndlərinin sakinləri iştirak ediblər.

Kürdəmir rayonunda görülmüş işlər barədə geniş məlumat verən rayon İcra Hakimiyyətinin  Başçısı  Ceyhun  Cəfərov Muradxan  kənd  inzibati  ərazi  vahidliyində  də  xeyli  abadlıq, quruculuq, təmir-bərpa  işlərinin aparıldığını, bütün  potensial  imkanlar  nəzərə alınmaqla  bir  çox  layihələrin  uğurla  icra  olunduğunu, sakinlər   tərəfindən   qaldırılan   problemlərin həlli   istiqamətində  daim  tədbirlərin  görüldüyünü  diqqətə çatdırdı. Rayon rəhbəri  vurğulayıb ki,  uzunluğu 34,5 km olan Pirili-Muradxan-Sor-Sor  avtomobil  yolunun  tikintisi  ilə   kənd sakinlərinin gediş-gəlişi, yük  və  sərnişin  daşınması  daha da asanlaşacaq, ən əsası bölgədə kənd təsərrüfatının inkişafında  geniş  imkanlar  yaradacaqdır.

Səyyar  qəbulda iştirak edən kənd sakinləri çıxış edərək kəndə gələn su kanallarının   təmizlənməsi, ünvanlı   sosial yardımın  verilməsi,  təhsil məsələləri, örüş sahəsinin ayrılması, torpaq  məsələləri  və  digər  problemlərin  həllinə  köməklik göstərilməsini  xahiş  ediblər. Bütün  bunlar  nəzərə   alınaraq   qaldırılan   məsələlərin  həll  olunması  üçün  rayon   İcra  Hakimiyyətinin   Başçısı   yerindəcə    aidiyyatı təşkilatların rəhbərlərinə göstəriş və tapşırıqlarını verdi.

Kənd   sakinləri  öz  çıxışlarında  Azərbaycan  Respublikasının  Prezidenti  cənab  İlham  Əliyevin   daxili   və   xarici  siyasətini  yekdilliklə  bəyəndiklərini, eləcə  də  Respublikamızda diqqəti cəlb edən sosial-iqtisadi inkişafdan böyük fəxr duyduqlarını   dərin  razılıq  hissi ilə bildirmiş,  dövlət  başçımızın  Kürdəmir rayonuna   göstərdiyi   xüsusi   diqqət  və  qayğını   yüksək  qiymətləndiriblər. Kənd   sakinləri   Azərbaycan    Respublikasının     Prezidentinin  Sərəncamına  əsasən   inşa   edilən  Pirili – Muradxan – Sor Sor  avtomobil  yolunun    tikintisinə    görə ölkə rəhbərinə minnətdarlıqlarını bildiriblər.

Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov  görüşdə  qaldırılan  təkliflərin  tezliklə həyata keçiriləcəyini əminliklə qeyd  edərək, cari məsələlərin həlli üçün   müvafiq  strukturların  rəhbərlərinə konkret tapşırıqlarını verdi.

Kanal32.az

Your email address will not be published.