Nazir Kürün “işğalı”nı nəzarətə götürdü

0 660
Oktyabrın 24-də Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Mingəçevir şəhərində vətəndaşalrı qəbul edib.
Kanal32.az xəbər verir ki,Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən 24 oktyabr  2019-cu il tarixində Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Mingəçevir şəhərində olub.Nazir Mingəçevir şəhərindən, Yevlax, Bərdə, Ağdam, Ağdaş, Şəmkir və Göygöl rayonundan  olan vətəndaşları qəbul edib.
Qəbuldan öncə nazir Muxtar Babyev və Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Qəbul zamanı ətraf mühitin mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, hidrometeorologiya, ətraf mühitin monitorinqi, geologiya,işə qəbul və digər məsələlərlə bağlı vətəndaşların müraciət və təklifləri dinlənilib. Qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digərləri üzrə nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.
Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki,”Kanal32″İnforamasiya Agentliyin və Azbelediyye.az saytının Baş redaktoru İnqilab Şirinbəyli də nazirin qəbulunda iştirak edib.Nazir Muxatar Babayev tərəfindən dinlənilən Baş redaktor Mingəçevir şəhərindəki ekoloji vəziyyətdən və xüsusən Kür çayının içərisnə müdaxilə olunmasından danışıb.Şəhər sakinlərin müraciəti əsasında hazırılanmış rəsmi məktubu nazirə təqdim edib və xahiş edib ki,Kür çayının “işğal” olunması probleminə şəxsən müdaxilə etsin.Nazir Muxar Babayev də öz növbəsində mövcud problemi nəzarətə götürdüyün deyib və aidiyyatı üzrə müavinlərinə bu işlə ciddi məşğul olmalarını tapşırıb.Nazir qeyd edib ki,Kür çayının içərisində aparılan qanunusuz tikili ilə bağlı mövcud vzəiyyət yeindən araşdırılmalı və qanunamüvafiq şəkildə ən sərt tədbirlər görülməlidir.

Kanal32.az 

Your email address will not be published.