Prezident İlham Əliyev Samir Nuriyevin Prezident Administrasiyasının rəhbəri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Kanal32.az xəbər verir ki, sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 13-cü bəndini rəhbər tutaraq qərara alıram:
Samir Rafiq oğlu Nuriyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri təyin edilsin.
Qeyd edək ki,bu təyinata qədər Samir Nuriyev Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsində işləyib.