“Əl-ələ daha güclü”-FOTOLAR

0 55

Bərdə şəhərində “Əl – ələ daha güclü” (“Stronger hand by hand”) layihəsi başa çatıb

Layihə çərçivəsində həyata keçirilən təlimlərdə Bərdə və Bərdənin kəndlərindən ümumilikdə 15 nəfər qadın iştirak edib. Layihə rəhbəri Ülviyyə Babayevanın verdiyi məlumata görə, ümumilikdə layihə çərçivəsində 6 mövzu üzrə təlimlər keçirilib və təlimlərin yekununda iştirakçılar 5 qrup formalaşdıraraq, irəli sürdükləri layihə ideyalarını reallaşdırma imkanı əldə ediblər.

Qeyd edək ki, əhatə olunan mövzular – Aktiv Vətəndaşlıq, Emosional Zəka, Liderlik, Gender Bərabərliyi, Qadınlar və İKT bacarıqları, və Layihənin yazılması və idarə olunması – peşəkar təlimçilər tərəfindən keçirilib.

3 ay davam edən layihədə əsas məqsəd, gender stereotiplərini aradan qaldırmaqla qadın hüquqlarını müdafiə etmək, gənc qadınların özlərinə inam hissini formalaşdırmaqla onların liderlik bacarıqlarını ortaya çıxarmaq və inkişaf etdirmək, eyni zamanda, qərarvermə prosesində qadın iştirakçılığına nail olmaq üçün iştirakçıları motivasiya etmək idi.

Xatırladaq ki, layihə Avropa Birliyinin maliyyə dəstəyi ilə Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyətinin Təsisi Proqramı çərçivəsində həyata keçirilib.

kanal32.az

Your email address will not be published.