Kəlbəcərli şagirdlərin möhtəşəm bayraq tədbiri-FOTOLAR

0 219

Kəlbəcər məktəbinin VI sinif şagirdləri Milli geyimlərimizlə bayrağımızın vəhdətini yaratdı…

Kanal32.az xəbər verir ki,Milli Qəhrəman Ş.Şükürov adına Kəlbəcər rayon 35 №-li tam orta məktəbdə 9 Noyabr Dövlət Bayrağı Günü münasibətilə bayram tədbir keçirilib.

Tədbirin təşkilatçısı Psixoloq Dilrubə Quliyeva giriş sözü ilə çıxış edərək,Azərbaycan bayrağının  yaranma tarixi, görkəmli dövlət xadimi Heydər Əliyevin bayrağımız haqqındakı fikirləri barədə məlumat verib və Dövlət Bayrağı Gününün tarixi əhəmiyyətindən danışıb.Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tezliklə üçrəngli bayrağımızın doğma Qarabağımızda və Kəlbəcərdə dalğalanacağını vurğulayıb.

Sonra məktəbin 6-cı sinif şagirdlərinin hazırladığı kompazisiya və milli rəqs nümunələri nümayiş olunub.Şagirdlər bayraq,Qarabağ,vətənpərvərlik mövzularında şeirlər səsləndiriblər.Şagirdlərin milli geyimləri xüsusi ilə diqqət çəkib və iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.
Bayram tədbiri çərçivəsində 6-cı sinif şagirdləri bayrağımıza həsr etdiklərini əl işlərini və çəkdikləri rəsmləri də təqdim ediblər.

Your email address will not be published.