Tovuz sakinləri Prezidenti kəndlərinə dəvət edir-FOTOLAR

0 328

Saleh Məmmədov və onun Tovuzdakı təmsilçisi dövləti və ölkə rəhbərliyini aldadır…Tovuzun icra başçısının isə “səsi batıb”…

Tovuz rayonunun Ağacqala kənd sakinlərinin yol problemi bitmir ki,bitmir…Baxmayaraq ki,ölkə başçısının müvafiq sərəncamına uyğun olaraq onların kəndinə yeni yol çəkilir…Kanal32.az-a məlumat verən kənd sakinlərinin sözlərinə görə,yol çəkilişində ciddi pozuntulara yol verilir və sakinlər iş icraçısı Nəriman adlı idarə rəisi tərəfindən aldadılır…İndi sakinlər növbəti dəfə ölkə rəhbəri İlham Əliyevdən və 1-ci vitse-prezident Mehriban xanım Əliyevadan yaranmış problemə müdaxilə etmələrini xahiş edirlər…

Qeyd edək ki,“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yeni yollar boyu yolun normativ eninin alınması üçün yararsız qrunt qazılıb çıxarılmalı və əvəzində yararlı qrunt tökülərək kipləşdirilməlidir.Həmçinin,texniki dərəcəyə uyğun yeni yol yatağı və küvet hissələr inşa edilməlidir.Yolun dayanıqlığını təmin etmək məqsədi ilə sel sularının və qrunt sularının axını üçün standartıara uyğun böyük ölçülü suötürücü borular quraşıdırılmalıdır.Ancaq Ağacqala kəndində çəkilən yeni yolda bu tələblər demək olar ki,yerinə yetirilməyib.

Bu şəkildə gördüyünüz yol Tovuz rayonunun Ağacqala kəndinə yeni çəkilən və oktyabrın 25-də televizya kanallarında bəh-bəhlə haqqında danışılan yoldur…

Tv-lərdə nümayiş olunan texnikalardan indi cəmi bir xarab olmuş ekskvator var…

Ucqar dağ kəndində yeni çəkilmiş yola qoyulmuş bu suötürücü boruya diqqətlə baxın.

Ağacqala kəndinə yeni çəkilən yolda nə mühəndis var,nə işçi var,nə də texnika…

Bu gördüyünüz boru da Saleh Məmmədovun 3,3 milyon manata çəkdirdiyi yeni yolda sel suları üçün qoyulub…

Xatırladaq ki,ökə başçısı Cənab İlham Əliyevin 15 fevral 2019-cu il tarixli sərəncamında əlli min nəfər əhalinin yaşadığı 16 yaşayış məntəqəsini birləşdirən Qovlar–Əyyublu–Alakol–İbrahimhacılı–Yanıqlı–Ağacqala–Qoçdərə–Çobansığnaq–Yoğunbulaq–Sarıtala avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3,3 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Ancaq hazırda gözə dəyən iş uzaq başı 300 min manatlıq iş ola,ya olmaya…İşlərin sonrakı mərhələsi isə qalır son günlərdə bir neçə Prezident tərəfindən tənqid olunan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Saleh Məmmədovun və onun Tovuzdakı təmsilçisi, teleofon zənglərinə cavab verməyən,Ağacqala sakinlərinə yuxarıdan aşağı baxan Nəriman “müəllim”in vicdanına…

Yazdıqlarımız sadəcə hazırda Ağacqala kəndində yaşanan özbaşınalıqların ilkin məlumatıdır.Kənd sakinlərinin Prezident İlham Əliyevə videomüraciəti və ölkə başçısını öz kəndlərinə dəvət etmələri yaxın günlərdə saytımızda yayımlanacaq.Bizi mütləq izləyin…

Kanal32.az

Your email address will not be published.