Mingəçevirin həlli vacib problemləri hansılardır?-FOTOLAR

0 356

Ölkə başçısı cənab İlham Əliyevin tapşırıq və göstərişləri əsasında vətəndaşlarla keçirilən səyyar görüşlər intensivləşib.

Mingəçevirdə də demək olar ki,belə görüşlər hər həfətə,bəzi hallarda isə həftədə bir neçə dəfə  keçirilir.Nəticədə isə sakinlər dinlənilir, qaldırılan problemlər araşdırılır və həlli istiqamətində addımlar atılır.

Kanal32.az-ın məlumatına görə,növbəi belə səyyar görüş Mingəçevir şəhər 12 saylı məktəbinin akt zalında baş utub.İdarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə İcra başçısı İlham İsmayıov öncə dövlət başçısının həyata keçirdiyi məqsədyönlü siyasətdən, son günlər dövlət məmurları haqqında söylədiyi fikirlərdən, əhalinin maddi rifah halının və sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb.

Daha sonra keçirilən səyyar görüşlərin məqsəd və əhəmiyyətini qeyd edən şəhər rəhbəri bu görüşlərin vətəndaşları narahat edən məsələlərin həllinə yönəldiyini, həmin məsələləri öyrənərək operativ şəkildə yerindəcə həll etmək, ehtiyac olduğu halda isə aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaqdan ibarət olduğunu bir daha vurğulayıb.

Eyni zamanda icra başçısı şəhərin ən əsas iki həlli vacib problemi olduğunu da diqqətə çatdırıb. Bildirib ki, şəhər sakinlərini daha çox narahat edən problem binaların istilik sistemi ilə balıdır, digəri isə yaşıllıqların suvarılması problemidir. Hər iki problemlə bağlı məsələ qaldırılıb.İlham İsmayılov onu da qeyd edib ki, ötən görüşlərdə ən çox qaldırılan məsələlərdən biri də küçə və məhəllələrin işıqlandırılması problemidir. Bu günə qədər Mingəçevirdə 15 küçə və məhəllə işıqlandırılıb. Bu işlər öz axarı ilə davam etdiriləcək.

Həmçinin,şəhər sakinləri aparılan işlərə görə İcra başçısına öz minnədarlıqlarını ifadə ediblər.Vurğulanıb ki, bu kimi görüşlər mövcud problemlərin həllini daha tez,daha mobil şəkildə təmin edir.Sakinlərin müraciətlərini və təkliflərini diqqətlə dinləyən İlham İsmayılov  çatışmazlıqların mərhələli şəkildə aradan qaldırılacağını və bütün müraciətlərə həssalıqla yanaşılacağını diqqətə çatdıb.

Müəllif:İxtiyar Həsənli

Your email address will not be published.