Mingəçevirdə yanan “Ümid ocağı”-FOTOLAR

0 857

Mingəçevir şəhərində “Sağlamlıq imkanları məhdud uşaqlarımız təhsildən kənarda qalmasın!” layihəsi başa çatıb.

Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinin qalibi “Sağlamlıq imkanları məhdud uşaqlarımız təhsildən kənarda qalmasın!” layihəsi çərçivəsində “Ümid ocağı” adlı yekun-hesabat tədbiri keçirilib.Tədbirdə media təmsilçiləri,müəllimlər,ictimaiyyət nümayəndələri,o cümlədən,respublikamızın müxtəlif  şəhər və rayonlarından olan təhsil işçiləri də iştirak ediblər.

Hesabat toplantısını giriş sözü ilə  layihənin rəhbəri,Mingəçevir şəhər 10 saylı tam orta məktəbin müəllimi Rəna Səfərova açıb.Qonaqları salamlayan layihə rəhbəri öncə göstərdiyi diqqətə və etimada görə Təhsil nazirliyinə öz təşəkkürünü bildirib.Ardınca layihə haqqında məlumat verib və layihə çərçivəsində həyata keçirilən tədbirlərdən danışıb.Fiziki imkanları məhdud olan uşaqların həyatından bəhs edən qısa metrajlı filim nümayiş olunub.

Sonra layihə rəhbəri keçirdikləri müsabiqədə yer tutun rəsmlərin müəllifi olan şagirdləri səhnəyə dəvət edib və onlara hədiyyələr təqdim olunub.

Tədbirdə həmçinin,layihənin icrası prosesinin əks olunduğu videoçarx da nümayiş olunub.Və iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Rəna Səfərova layihənin icrasında əməyi keçən hər kəsə,xüsusən də MDU-nun Baş müəllimi,Psixoloq İlhamə İsmayılovaya öz minnətdarlığını bildirib.O qeyd edib ki,fiziki qüsurlu uşaqlarla işləmək həqiqətən də çox çətindir və ciddi məsuliyyət tələb edir.Çünki onlar həssas qruplardır və onların təhsildən kənarda qalması yolverilməzdir.

Layihə rəhbəri həmçinin onu da vurğulayıb ki,layihəmizin müddəti bitmək üzrə olsa da, fəaliyyətimiz davam edəcək. Heç kimin heç nədən sığortalanmadığı həyatda çox təəssüf ki, bəzən uşaqlar ya dünyaya müəyyən məhdudiyyətlərlə gəlir, ya da sonradan bu və ya digər səbəbdən sağlamlığını itirir. Bizim isə bir devizimiz var:“Sağlamlıq imkanları məhdud uşaqlarımız təhsildən kənarda qalmasın!”

Daha sonra söz layihənin eksperti Psixloloq İlhamə İsmayılovaya verilib.O da öz növbəsində layihənin əhəmiyyətindən danışıb və müəllimləri bu qəbildən olan layihələrdə aktiv iştirak etməyə çağırıb.

Tədbirə dəvət alan qonaqlar da öz çıxışlarında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlb edilməsinin və onların gələcəkdə cəmiyyətə inteqrasiya olunmasının vacibliyini vurğulayıblar.

Mingəçevir şəhər 10 saylı tam orta məktəbin 8a sinif şagirdi Cəfərova Simanın fiziki qüsurlu və fiziki məhdudiyyəti olan uşaqlarla bağlı şıxışı isə bütün iştirakçıları təsirləndirib.Onun insanlara çağırışı isə auditoriya tərəfindən alşıqlarla qarşılanıb.

Tədbirin sonunda layihənin icrası zamanı təlim və seminarlarda iştirak etmiş müdavimlərə sertfikatlar təqdim olunub.

Müəllif: İxtiyar Həsənli

Kanal32.az

Your email address will not be published.