“ASAN Peşə” Təhsil Mərkəzində KÜTLƏVİ İXTİSAR-FOTO

0 179

Mingəçevir “ASAN Peşə” Təhsil Mərkəzində nə baş verir? Direktorun özbaşınalığı,şəxsi ambisiyaları,yoxsa qanunun tələbi?

Mingəçevir “ASAN Peşə” Təhsil Mərkəzin bir qrup işçisi Kanal32.az-ın redaksiyasına gələrək,direktor İlham İlyasov tərəfindən qanunsuz olaraq işdən azad edildiklərini bildiriblər.Onlar iddia  edir ki,Peşə məktəbinin direktoru Əmək qanunvericiliyinin tələblərini kobud şəkildə pozaraq,onları hüquqi əsas olmadan ixtisar edib.Redaksiyaya gələn şəxslərin bir qrupunun siyahısını təqdim edirik:

-Musayeva Xatirə-tənha qadın(xadimə)

-Rüstəmov Pərvin-İstehsalat təlim ustası(ali təhsilli gənc)

-Həmayə Məmmədova-Müəllim

-Bəhramova Solmaz-İstehsalat təlim ustası(Tənha qadın)

-İsmayılova İlhamə-Baş usta

-Əliyev İlyas-İstehsalat təlim ustası( 2-ci qrup əlil)

-Haqverdiyeva Vüsalə-İstehsalat təlim ustası( həyat yoldaşı Qarabağ əlili)

-Məhərəmov Vaqif-Bağban(ali təhsil)

Şikayətçilər ilginc bir iddia da səsləndiriblər.Onların sözlərinə görə,Mingəçevir “ASAN Peşə” Təhsil Mərkəzinin direktor İlham İlyasov deyib ki,mən Azərbaycan təhsilinə və Azərbaycan Ordusuna nifrət edirəm…

Hazırda redkasiya tərəfindən araşdırmalar aparılır və yaxın günlərdə probleminin mahiyyətini və bu müraciətlərinin nə dərəcədə qanunauyğun olduğunu geniş şəkildə oxuculara təqdim edəcəyik.

“ASAN Peşə” Təhsil Mərkəzinin direktoru İlham İlyasovun haqqında səsləndirilən şok ittihamları və ixtisar olunan işçilərin ölkə başçısı Cənab İlham Əliyevə etdikləri videomüraciəti də yayımlayacağıq.

Odur ki,bizi izləməkdə davam edin…

 

Kanal32.az

Your email address will not be published.