Energetiklər qəsəbəsində hansı problemlər var?-FOTO

0 619

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun səyyar görüşləri davam edir.

Kanal32.az-ın məlumatına görə,sakinlərlə növbəti  görüş şəhərin Energetiklər qəsəbəsindəki  8 saylı məktəbin akt zalında  baş tutub.Giriş nitqi ilə çıxış edən icra başçısı ölkədə aparılan abadlıq-quruculuq işlərinindən və Mingəçevirdə həyata keçirilən layihələrdən danışıb.

Sonra şəhər rəhbəri qəsəbə sakinlərini dinləyib.Onlar qeyd ediblər ki, ötən görüşdə qaldırdıqları problemlərin  böyük qismi həll olunub.Onların sözlərinə görə,Energetiklər qəsəbəsi artıq öz təmizliyi, gözəlliyi ilə heç də şəhərdən geri qalmır. Məhəllələr abadlaşıb, yollara asfalt örtüyü çəkilib, dayanacaqlar quraşdırılıb, ağaclar vaxtı-vaxtında suvarılır. O da vurğulanıb ki,səyyar qəbullarda qaldırılan məsələlər mərhələli şəkildə öz həllini tapır.

Səyyar qəbulda çıxış edən Y.Mansurov 13 ünvanında yaşayan Elxan Rəşidov bir sıra həlli vacib problemlərə diqqət yönəldib.O,qəsəbədə yaşanan isti su problemindən, zirzəmilərdə  kanalizasiya xətlərinin tamamilə yararsızlığından və dezinfeksiya olunmamasından danışıb.

İcra hakimiyyətinin başçısı səsləndirilən bütün problemləri özü şəxəsən qeydiyyata alıb.İlham İsmayılov qeyd edib ki, Mingəçevirin nümunəvi şəhərə çevrilməsi üçün davamlı işlər aparılır,heç bir küçə və məhəllə bu prosesdən kənarda qalmayacaq.

Your email address will not be published.