Masazırda utancverci mənzərə-VİDEO-FOTO

0 417

Masazır qəsəbəsindəki Abşeron küçəsinin sakinləri dərdlərinə çarə aşxtarır.Amma,…

Abşeron rayonunun Masazır qəsəbəsindəki Abşeron küçəsinin sakinləri Kanal32.az-ın elektron poçtuna video və fotolar göndəriblər.Onların bildirdiyinə görə,xeyli müddətdir ki,yaşadıqları küçədə “unikal”kanalizasiya xəttinin çirkab suları evlərin həyətinə dolur.Aidiyyatı üzrə dəfələrlə etdikləri müraciətlər isə cavabsız qalıb.Son ümid yeri kimi isə problemlərinin media vasitəsi ilə ictimailəşdirilməsində görürlər.Göndərilən fotolardan və videoçəkilişdən aydın olur ki,Abşeron küçəsində sözün əsl mənasında acınacaqlı vəziyyət hökm sürür.

Hər gün inkişafdan,təxirəsalınmaz tədbirlərdən dəm vuran Abşeron rayonunun rəhbərliyi,o cümlədən aidiyyatı idarə və təşkilatlar qəsəbənin Abşeron küçəsindəki biabırçı durumu nədənsə görümürlər.

Bütün bunlardan sonra belə bir sual yaranır:Görəsən,İcra Hakimiyyəti başçısının Masazır qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şahlar Həsənovun və Masazır bələdiyyəsinin sədri Siyanfər Əliyevin sakinlərinin XXI əsrdə üzləşdiyi bu “afrikasayağı” vəziyyətdən xəbəri varmı?

Sakinlər saytımız vasitəsi ilə Nazirlər Kabinetindən və Abşeron Rayon İcra Hakimiyyətindən problemlərinə müdaxilə olunmasını istəyirlər.

Təqdim etdiyimiz bu videomaterialı izləyən müvafiq qurumların rəhbərləri isə yəqin ki,az da olsa xəcalət çəkəcəklər.

Kanal32.az

Your email address will not be published.