İcra başçısı işdən çıxarıldı-İKİ YENİ TƏYİNAT

0 310
Əhməd Kərəm oğlu Muxtarov Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Kanal32.az xəbər verir ki, Prezident İlham Əliyev dekabrın 4-də bununla bağlı sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Rüstəm Gülabba oğlu Xəlilov Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Rüstəm Xəlilov Milli Məclisin (artıq səlahiyyətlərinə xitam verilməkdədir) deputatıdır. O, ilk dəfə 2005-ci ildən 64 saylı  Sabirabad ikinci seçki dairəsindən Milli Məclisin üzvü seçilib. Həmin vaxtdan Milli Məclisdə deputat idi.

Azərbaycan Prezidenti İlham Əliyev Vüqar Novruzovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında da sərəncam imzalayıb.

Sərəncama əsasən, Vüqar Vahid oğlu Novruzov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

Novruzov Vüqar Vahid oğlu 1980-cı ildə Bakı şəhərində anadan olub. 2001-ci ildə Azərbaycan Texniki Universitetinin Mühəndis-menecment  ixtisası üzrə bakalavr, 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Mühasibat uçotu və audit ixtisası üzrə magistratura pilləsini, 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə magistratura pilləsini bitirib.

Kanal32.az

Your email address will not be published.