Mingəçevirdə 5 aylıq “İş Qatarı”-FOTOLAR

0 293

Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin sifarişi ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti -GIZ-in həyata keçirdiyi “Qafqazda Aztəminatlı Məcburi Köçkünlərin və Yerli Əhalinin İqtisadi və Sosial İnkişafı” (EPIC) layihəsi çərçivəsində Mingəçevir şəhərində “İş Qatarı” adlı 5 aylıq tədris proqramıının 2-ci sessiyasının açılış mərasimini təşkil olunub.

Kanal32.az-ın məlumatına görə,5 aylıq tədris proqramıının 2-ci sessiyası ilə bağlı tədbir dekabrın 9-da Mingəçevir şəhər “Gənclər Evi”ndə baş tutub.

Tədbirdə çıxış edən  EPİC layihəsinin eksperti Jalə Ələkbərova bildirib ki,açılış mərasiminin məqsədi “İş Qatarı” tədris proqramı haqqında ictimaiyyəti məlumatlandırmaq, yeni iştirakçıları təqdim etmək, eyni zamanda  müvafiq dövlət müəssisələrinin və özəl şirkətlərin nümayəndələrini proqramla yaxından tanış etməkdir.

Daha sonra Action Against Hunger (AAH) təşkilatının Gürcüstandan olan əməkdaşı Leila Maisuradze, Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Mingəçevir nümayəndəliyinin rəhbəri  Rauf Nəbiyev, Mİngəçevir “Asan Peşə” məktəbinin direktoru  İlham İlyasov, Mingəçevir “Gənclər Evi”nin direktor müavini Rüfət Qazıyev  və “İş Qatarı” proqramının əvvəlki iştirakçıları çıxış edərək,bu layihənin əhəmiyyətindən danışıblar.Gələcək əməkdaşlıq perpektivlərini müzakirə ediblər.5 aylıq tədris proqramıının 2-ci sessiyasına qoşulan yeni iştirakçılara uğurlar arzulayıblar.

Qeyd edək ki,“İş Qatarı” tədris proqramı 2018-ci il dekabrından etibarən fəaliyyət göstərir. Artıq başa çatmış 1-ci sessiyası çərçivəsində proqramda iştirak edən 25 nəfərdən 15-i iş tapıb.

Kanal32.az

 

Your email address will not be published.