Qərbi Azərbaycanın anım günü keçirilib-FOTOLAR

0 755

Qərbi Azərbaycan İctimai Birliyinin təşkilatçılığı ilə 5 Dekabr Qərbi Azərbaycandan soydaşlarımızın 1988-ci ildə deportasiya olunmalarının Anım Günü qeyd olunub.

Kanal32.az-ın məlumatına görə,Tədbiri açan İctimai Birliyin sədri Mürvət Yusifov tədbirə təşrif gətirənləri salamlayaraq, 1988-ci ildə Qərbi Azərbaycandan soydaşlarımızın min bir əzab-əziyyətlə dədə-baba yurdlarını tərk etmək məcburiyyətində qaldıqlarını bildirib. Soydaşlarımızın qarlı-boranlı günlərdə çəkdikləri əziyyətlərdən, yollarda həlak olmalarından, erməni vəhşiliyindən, daşnakların soydaşlarımıza qarşı törətdikləri qətllərdən, başlarına gətirilən fəlakətlərdən və s. söhbət açıb.

 

İki il öncə Qərbi Azərbaycan kökənli ziyalılardan ibarət təşkil olunmuş tədbirdə onların təklifi ilə hər il 5 Dekabr Qərbi Azərbaycandan soydaşlarımızın deportasiya olunmalarının Anım Günü kimi qeyd olunması üçün qərar qəbul edildiyini bildirən Birliyin sədri, bu günün rəsmiləşdirilməsi məqsədilə təkrar Azərbaycan hökumətinə müraciət olunacağını dilə gətirib: “Bizim əsas məqsədimiz, tarixi torpaqlarımıza geri qayıtmaqdır. Amma geri qayıdanadək, dekabrın 5-i dövlət tərəfindən rəsmiləşdirilsin ki, başımıza gətirilən fəlakətləri yad edək. Gələcək nəsillərə bu barədə məlumat verək ki, onlar da öz ata və babalarına məxsus yurd yerlərini unutmasınlar. Biz öz övladlarımıza əsl tarixi, həqiqətləri çatdırmalıyıq.”

Tanınmış şair, tədbirin aparıcısı Aqşin Hacızadə də Qərbi Azərbaycandan olan soydaşlarımızın başına ermənilər tərəfindən gətirilən fəlakətləri və yer – yurdlarımızı unutmağa heç birimizin mənəvi haqqı olmadığını  dilə gətirib: “Biz gecələr yuxumuza girən, gündüzlər xəyalımızdan çəkilməyən yurdlarımızı erməni işğalından, əsirliyindən mütləq azad etməliyik”.Tanınmış yazışı-şair Eldar İsmayıl Böyüktürk tarixə ekskusiya edərək erməni vilayətinin və dövlətinin rus imperialistlərinin dəstəyi ilə necə yaranması ilə bağlı tarixə ekskursiya edib. Qərbi Azərbaycanla bağlı qələmə aldığı tarixi əsərlərdən söhbət açıb. Rus işğalçılarının İrəvan xanlığının üzərinə etdikləri hücum və onların illərlə İrəvan qalasını mühasirədə saxlamaları, xalqın işğalçılara qarşı apardığı mübarizə və bu mübarizənin önündə dayanan mərd kişilər barə geniş məlumat verib.

Çıxış edənldən dəyərli alim Elza Orucova, şair Təvəkkül Cəmilli, Sara Göyçəli, Bela Hüseynova,Tahir Rəhimov, tələbə Günay Vəlizadə  və başqaları bu aspektdən keçirilən tədbirlərin  əhmiyyətli olduğunu qeyd edib və bildirblər ki, əgər o torpaqları unutmuruqsa, demək hələ əlimizdən getməyib. “Unutsaq, faciələrimiz başlayar”- deyiblər.

Tədbirə təşrif gətirən Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin müşaviri İrfan Çiftçi bu cür toplantıların əhəmiyyətindən danışıb, tədbirin məram və məqsədinin dünya ictimaiyyətinin diqqətinə çatdırmağın zəruriliyini qeyd edib. Hər an bir qardaş kimi Türkiyənin Azərbaycanın yanında olduğunu və dəstək verdiyini bildirib. Qarşıda birgə görüləcək işlərin çox olduğunu vurğulayan İrfan bəy Türk tarixinə, Türkün kimliyinə dair məqamlara da toxunub. Qəhrəmanlıq tarixi yaşamış türkün torpaqlarının işğal altında qalmasını müvəqqəti hal hesab edib.

Tədbirin Təşkilat Komitəsinin sədri  Qabil Zimistanoğlu da 1988-ci ildə Qərbi Azərbaycandan deportasiya zamanı yadına düşdüyü   kədərli məqamlardan danışıb. İşğalda qalmış torpaqlarımızın geri alınmasına heç kəsin biganə yanaşmamasını tövsiyə edib. 1918-1920-ci illərdə Göyçə, Zəngəzur və digər torpaqlar Azərbaycan Demokratik Cümhuriyyətinin tərkibində olduğundan, beynəlxalq hüquq normalarına uyğun olaraq, ərazi bütövlüyünün yenidən bərpa olunmasının zəruriliyinə diqqət çəkib. Ermənilər evləri, qəbristanlıqları, tarixi abidələri dağıdıb və talan etdiyi üçün Qərbi Azərbaycanlıları Ermənistan Respublikasını Beynəlxalq Məhkəməyə verməyə şağırıb: “Yaxın günlərdə beynəlxalq hüquq normalarını bilən hüquqşunaslardan ibarət bir işçi qrupu təşkil etmək niyyətindəyik. Lazımi sənədləri toplayıb, Ermənilırdən bizə vurduğu maddi və mənəvi ziyana görə təzminat tələb etməliyik.”

Tədbir zamanı dövlət başçısına və müvafiq qurumlara müraciət ünvanlanacağı da bildirilib.

Qeyd edək ki, müraciətdə 5 Dekabr Qərbi Azərbaycandan soydaşlarımızın deportasiyasiya olunmalarının Anım Gününü kimi  rəsmiləşdirilməsi, tədbiri keçirmək üçün məkanın ayrılması, paytaxtın müvafiq yerində Deportasiya abidə kompleksinin ucaldılması və s. öz əksini tapacaq.

Kanal32.az

Your email address will not be published.