Bələdiyyə sədri kəndi torpaqsız qoyub!-İLGİNC İDDİA-FOTOLAR

0 329

Oğuz rayonunun Filfilli kənd sakinləri Prezidentdən təcili kömək istəyir…Onlar deyir ki,keçmişi qaranlıq Bələdiyyə sədri bizi təhdid edir!

Oğuz rayonunun Filfilli kənd sakinləri Bələdiyyə sədrinin əlindən “dad”deyirlər.

”Kanal32”İnformasiya Agentliyinəazbelediyye.az saytına müraciət edən bir qrup sakin iddia edir ki,onlar uzun illərdir vaxtı ilə kolxoz sədri,hazırda isə Bələdiyyə sədri işləyən Akif Nəsirovun az qala “əsir”inə çevriliblər.Səbəb isə sadə olduğu qədər də mürəkkəbdir.Çünki kimin haqlı,kimin haqsız olduğunu biz yox,müvafiq dövlət qurumları və oxucular müəyyən edə bilər.Oxucuların bunu müəyyən etməsində elə bir çətinlik olmasa da,dövlət və hökumət orqanları nədənsə uzun müddətdir ki,mövcud olan problemin yaranmasında səbəbkar olan haqsızı tapa bilmir.

Bəs problem nədir? Filfilli kənd sakinlərinin Bələdiyyə sədri Akif Nəsirovdan şikayətlərinin və narazılıqlarının kökündə nə dayanır?

Sərhəd zastavasının yaxınlığında Bələdiyyənin satdığı ərazi

Zastava ərazisinin qanunsuz satılması ilə bağlı 19 oktyabr 2019-cu ildə tərtib olunmuş akt diqqət çəkməyə bilməz.Ədliyyə polkovnik-leytenantı Adil Orucovun,polkovnik-leytenant Murad Məmmədquliyevin,polkovnik-leytenant Adil Yusubovun,Oğuz Rayon İcra Hakimiyyətinin Filfilli İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini Osman Dadaşovun və Filfilli Bələdiyyəsinin üzvü İlkin Ağayevin iştirakı ilə tərtib edilmiş aktda göstərilir ki,sərhəd zastavasının şimal hissəsində–Dövlət sərhəd xətti istiqamətində kənd sakinlərinin ümumi istifadəsində olan örüş-otlaq sahəsinin bələdiyyə sədri tərəfindən satıldığı 32 nəfər kənd sakini tərəfindən bildirlib.

Yəqin ki,Filfilli kənd sakinlərinin yazdığı ərizədə yer alan fikirlər  hüquq mühafizə oraqnlarının və aidiyyatı dövlət qurumlarının diqqətini bu məsələyə yönəldəcəkdir.

ARDI VAR...Sakinlərin ilginc iddiaları və bələdiyyə sədrinin açıqlaması olacaq…

Kanal32.az

Your email address will not be published.