İcra başçısının fantastik varidatı-ÖZƏL FOTOLAR

0 646

Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevin əldə etdiyi milyonları təsdiq edən xeyli sayda fotolar yayılıb. 

Əksər  rayon və şəhər icra başçılarının gözqamaşdıran varitada sahib olmasını az qala ölkəmizdə kiçik yaşlı uşaqlar belə bilir.Zaman-zaman mətbuat səhifələrində onların milyonluq obyektləri,avtomobil kolleksiyaları,biri-birindən gözəl villaları haqqında məlumatlar dərc olunub.

Belə “balaca padşah”lardan biri də “olduqca kasıb”,”xeyriyyəçiliyi ilə ad çıxarmış” Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevdir.O Vidadi İsayev ki,bu günə kimi adı müxtəlif qalmaqallarda hallanıb.Hətta,Bərdədəki mənbəmizin dediyinə görə,iki dəfə də “qara maskalılar” tərəfindən naməlum istiqamətə aparılıb və qısa müddət sonra buraxılıb.

Kanal32.az-a məlumat verən mənbənin sözlərinə görə,Vidadi İsayev icra başçısı olduğu dönəmdə dövlət vəsaitlərinə əl qoymaqla,o cümlədən aldığı rüşvət və “şapka”larla böyük varidata sahib olub.Onun ölkənin müxtəlif yerlərində-Bakıda,Bərdədə,Goranboy rayonunun Ağcakənd kəndində torpaq sahələri,obyektləri və evləri var.

Readksiyamıza göndərilən fotolar isə  icra başçısının  Yevlaxda olan evinin,obyektlərinin və Sərhəd qoşunlarına məxsus hərbi hissəsinin yanındakı fermasının və 100 hektardan artıq əkin sahəsinin fotolarıdır.

Yevlax şəhəri,H.Əliyev prospektindəki “Everest” adlı bu binadakı bütün mağazalar

Yevlax şəhəri,H.Əliyev prospektində yerləşən yaşayış binasının altındakı “Azqranata”mağazası

Yevlax şəhəri,H.Əliyev pr.,Sosial Müdafiə Fondunun yanındakı uzunluğu 30 metrə yaxın istifadəyə verilməmiş obyekt

Yevlax şəhəri,Bakıxanov və H.Z.Tağıyev küçələrində dörd evin yerində tikilən üçmərtəbəli,”quşsəkməz”villa.Villanın 4 tərəfində 10-a yaxın kamera müşahidə aparır.

Yevlax rayonunun ərazisində  Sərhəd qoşunlarına məxsus hərbi hissənin yaxınlığındakı ferma

Sərhəd qoşunlarına məxsus hərbi hissənin yaxınlığındakı 100 hektardan artıq taxıl sahəsi

Sərhəd qoşunlarına məxsus hərbi hissənin yaxınlığındakı 100 hektardan artıq taxıl sahəsinin içərisində vurulmuş artezian.Mənbə iddia edir ki,atrezian dövlət vəsaiti hesabına vurulub.

İcra başçına məxsus olduğu deyilən ferma ərazisində tikinti işləri gedir.

Maraqlıdır,görəsən bu söküntülər Bərdənin hansı ərasindən gətirlib?

Onu da qeyd edək ki,Qoca Səmədov saxlanınlan gündən “müəmmalı” şəkildə fermada tikinti dayandırılıb və işçilər dərhal ərazini tərk edib.Bunu ərazidə qoyun otaran şəxs deyib.

Mənbənin bildiriyinə görə, göndərilən fotolar hələ onun Yevlaxdakı varidatının az bir hissəsidir.

Xatırladaq  ki,Vidadi İsayev Bərdə Rayon İcra Hakimiyyətinin başçısı olan kimi Yevlax rayon İcra Hakimiyyətində Elmar Vəliyevin müavini,2005-2011-ci illərdə isə Tərtər rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində işləyib.Yaşca Elmar Vəliyevdən böyük olsa da,onu həmişə özünə “ağsaqqal” və “rəis” hesab edib.

Vidadi İsayev həyat yoldaşı Sara xanım isə Yevlax Arxivinin müdiri işləyir.

İcra başçısının Bakıda,Bərdədə,Goranboy rayonunun Ağcakənd kəndində olan torpaq sahələrinin,obyektlərinin və evlərinin də fotoları bu günlərdə dərc ediləcək…

Mövzunu davam etdirəcəyik…

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…

Sənan Həsənoğlu

Kanal32.az

Your email address will not be published.