Seçkilərə müdaxilə edən icra başçıları kimlərdir?

0 610

Məlum olduğu kimi dekabrın 23-də Azərbaycanda yerli özünüidarə orqanlarına-Bələdiyyələrə seçkilər keçiriləcək.Mövcud qanunvericiliyə görə Bələdiyyə seçkilərinin şəffaf və demokratik keçirilməsi üçün hər cür şərait yaradılıb.

Bəs reallıq nədən ibarətdir?Həqiqətənmi,seçkilərin azad və demokratik şəraitdə keçirilməsi tam təmin olunacaq?

Kanal32.az-ın redaksiyamıza məlumat göndərən mənbənin iddiasına görə,bir neçə rayonda İcra başçıları artıq seçki prosesinə müdaxilə ediblər.Necə deyərlər,öz siyahılarında olan şəxslərin bələdiyyə sədri və üzvləri seçilməsi üçün ciddi tapşırılar veriblər.Hətta,kənd icra nümayəndələri,məntəqə sədrləri başçılar tərəfindən gizli şəkildə qəbul edilib və onlar sərt şəkildə deyilib ki,bizim dəstəklədiyimiz namizədlər “qutudan çıxmasa” seçkilərdən bir qədər sonra cəzalanacaqlar.

Məlumatı verən mənbə bildirir ki,artıq Bərdə,Oğuz,Şəki,Tovuz,Tərtər rayonlarında və Gəncə şəhərində kimin Bələdiyyə sədri olması necə deyərlər konkret bilinir.

Məsələn,Tovuz rayonunun Əhmədabad,Yanıqlı və Sarıtala kəndlərinin Bələdiyyə sədrləri demək olar ki,məlumdur.Oğuz rayonunun Filfilli kəndinin hazırkı Bələdiyyə sədri Akif Nəsirov,Şəki rayonunun Kiçik Dəhnə kəndinin Bələdiyyə sədri Əlvida Calalov icra başçılarının birbaşa tapşırığı ilə yenidən “seçiləcək” və sədr olacaqlar.

Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov,Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov ,Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidai İsayev və Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP rayon təşkilatlarının sədrləri ilə birgə Məntəqə Seçki Komissiyasının sədrlərinə və kənd icra nümayəndlərinə bəri başdan “qulaqburması” veriblər.

Mingəçevir şəhərində isə köhnə sədr seçkilərdə iştirak etmədiyindən yeni Bələdiyyə “şefi”nin əvvəllər icra hakimiyyətində müavin işləmiş Ramiz Əliyevin olacağı 99 faiz məlumdur.Baxmayaraq ki,namizədlər arasında onun ilk 17-liyə düşmə ehtimalı elə də yüksək deyil.

İcra başçılarının diqqətinə çatdıraq ki,”Azərbaycan Respublikasında seçki praktikasının təkmilləşdirilməsinə dair” Azərbaycan Respublikası Prezidentinin 11 may 2005-ci il tarixli Sərəncamının 2-ci hissəsində deyilir ki,mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri, digər dövlət məmurları seçki prosesinə qanuna zidd olaraq müdaxilə edərlərsə, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb ediləcəklər.
Kanla32.az

Your email address will not be published.