Aprel qazsinin qanı batırılmaycaq-BAŞ PROKUROR

0 583
Bu il iyulun 26-da özünü yandıraraq intihar edən Aprel döyüşlərinin iştirakçısı İmamverdi İsmayılovun ölüm işinin araşdırılmasıyla bağlı Baş prokuroruluqda yenidən istintaq aparılır. 
Kanal32.az-a danışan mərhumun bacısı  Samirə İsmayılova bildirib ki, Baş prokuror Zakir Qaralov onu şəxsən  qəbul edib.
“Baş prokurorluğa yazdığım məktublardan sonra məni prokurorluğa dəvət etdilər. Baş prokuror Zakir Qaralov özü şəxsən qəbul etdi.Mən ona bildiridim ki,bu günə kimi bu günə kimi qardaşımın ölüm işi ilə bağlı aparılan araşdırmalar zamanı qanunsuzluqlara və ədalətsizliyə yol verilib.Həm Mingəçevir prokurorluğunun,həm də respublika prokurorluğunun əməkdaşları bu işi ört-basdır etməyə çalışıblar.Qardaşımı intihara sövq edən Mingəçevir Şəhər Mərkəzi Xəsətəxanasının direktoru Könül Ələkbərov  və Elxan həkim sərt şəkildə cəzalandırılmalı və qanun qarşısında cavab verməlidirlər.Baş prokuror Zakir Qaralov məni dinlədikdən sonra bildirdi ki,bu işi şəxsi nəzarətim altında olacaq.Daha sonra isə qardaşımın ölüm işinin araşdırılmasıyla bağlı ciddi tapşırıqlar verdi. Qardaşımın xəstə azyaşlı uşağının bundan sonrakı taleyi, ekspertiza rəyinin yenidən araşdırılması, kameralara baxış və s. haqda araşdırma aparılacaq. Mənə BAŞ PROKUROR mənə dedi ki,qardaşımın qanı batmayacaq. Buna görə çox sevindim və ümid edirəm ki, qardaşımın ölümündə günahkar olan Könül Ələkbərov,həkim Elxan  Cəfərov və digər günahkarlar cəzasız qalmayacaqlar”.
İntihar edən Aprel qazsinin bacısı  Samirə İsmayılova onu da deyib ki,qardaşının ölümü ilə bağlı əlində olan foto və digər dəlil-sübutları  Baş prokuror Zakir Qaralov təqdim edib.
Qeyd edək ki, qazi İmamverdi İsmayılov xəstə uşağını Mingəçevir xəstəxanasına aparan zaman həkimlərin ona qarşı olan laqeyd münasibətinə görə özünü yandıraraq intihar edib.

KANAL32.AZ 

Your email address will not be published.