“Nəsimi dünyasına baxış”-FOTOLAR

0 583

 “Bütün bəşəriyyəti öz yaradıcılığı ilə əsərlərində ifadə etməyi bacaran dahi şair və mütəfəkkir”

Kanal32.az xəbər verir ki,Mingəçevir şəhər Heydər Məscidinin Dini icması və Mingəçevir şəhər Gənclər Evinin birgə təşkil etdiyi İ.Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Nəsimi dünyasına baxış” adlı seminar keçirilib.Toplantıda elm adamları,pedaqoqlar və tələblər iştirak ediblər.

Yubiliey tədbirini giriş sözü ilə açan Gənclər evinin nümyəndəsi Rəşad Qurbanov iştirakçıları salamlayıb və Nəsimi isrinin yeni çalarlarla təbliğ olunmasının vacibliyindən danışıb.Tədbirə ekspert qismində qatılan qonaqları təqdim edib.Ardınca çıxılar başlayıb.

İlahiyyatçı Pünhan Hüseyni xalqımızın çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş dahi söz ustadı İmadəddin Nəsiminin yaradıcılığının insanların mənəvi-əxlaqi kamilləşməsində mühüm rolundan danışıb.

Fəlsəfə doktoru Mail Yaqub Nəsimini bütün bəşəriyyəti öz yaradıcılığı ilə əsərlərində ifadə etməyi bacaran dahi şair və mütəfəkkir adlandırıb. Nəsimiyə görə,nəfsi öldürmək kamil insana məxsus ən böyük mənəvi keyfiyyətdir.Nəfs düşgünü olan insan şüursuz canlılardan seçilmir. Eşq yolunu tutan isə ruhuna qida verən, öz könlündə ilahi nuru gəzdirən, öz idealını arayıb-axtaran insandır. İkilik pərdəsini aradan qaldıran insan gizli sirləri duya bilər, bu isə haqqa qovuşmaq deməkdir.

Nəsimi yaradıcılığının zənginliklərindən söz açan Gəncə Dövlət Universitetinin tarix müəllimi  Bəxtiyar Məhərrəmov  bildirib ki,kamil insan obrazını sözün bədii gücü ilə yaradan Nəsimi dühası Şərq dünyasına məlumdur.

Çıxış edən İlahiyyatçı dinşünas Cavid Ələmdar  hesab edir ki,Nəsimi öz şəxsində insanın bəşəri keyfiyyətlərini açır, onu mənalandırır, poetik səviyyəyə yüksəldir. Şairə görə “mən” həyatdır, elə bir gözəllikdir ki, əgər özünü dərk edərsə, ülvi bir varlığa çevrilib ilahiləşir.

Mingəçevir Dövlət Universitetinin müəllimi,psixoloq  İlhamə İsmayılova Nəsimi yaradıcılığındaki sufi-panteist görüşlərdən,dərin fəlsəfi-psixoloji məqamalardan danışıb.Eyni zamanda bu qəbildən olan tədbirlərin keçirlməsinin önəmini vurğulayaraq,təşkilatçılara öz təşəkkürünü bildirib.

Ş.Şükürov adına 35 nömrəli Kəlbəcər rayon  məktəbinin Azərbaycan dili- ədəbiyyat müəllimi Samir Şükürov maraqlı məqamlara diqqət çəkib.Onun sözlərinə görə,Nəsimi insanların qəlbini, onların daxili aləmini ilahi şeiriyyətlə, özünəməxsus zəngin söz yaradıcılığı ilə tərənnüm edən ustaddır. Şeirlərini təhlil edərkən onun bütün yaradıcılığı boyu gələcək nəsillərə verdiyi töhfələr göz önündə dayanır.

Yubiley tədbirinin sonunda gənc şair Qəzənfər Fərdi Nəsiminin qəzəllərini səsləndirib.

Müəllif:İxtiyar Həsənli

Kanal32.az

Your email address will not be published.