“Kanal32”dən “Azərişıq” ASC-nin açqılamasına TUTARLI CAVAB

0 291

“Azərişıq” ASC-nin yanvarın 10-da yaydığı rəsmi məlumat sadəcə bir şəxsin müdafiəsinə yönəlmiş addımdır.

“Azərişıq” ASC-nin rəhbəri hörmətli Vüqar Əhmədovun Mingəçevirdəki Yeni köçkün qəsəbəsindən aparılmış 750 KVA-lıq dizel genratoru ilə bağlı yaranmış qalmaqalı ədalətli və hüquqi müstəvidə araşdırması mövcud problemə aydılıq gətirə bilər.

7 yanvar 2020-ci il tarixdə saytımızda “Rəisin əməllərinə görə “Azərişıq”rəhbərinə müraciət olundu” başlıqlı yazı ictimaiyyətə təqdim olunub.Fakta söykənən fotoların və videonun yer aldığı yazıda qeyd olunub ki,Mingəçevir şəhərindəki Yeni köçkün qəsəbəsindəki 144 min 904 manat dəyərində olan 750 KVA-lıq dizel genratoru “Azərişıq”ASC-nin Mingəçevirdə yerləşən Mərkəzi Aran Regional Elektrik Təchizatı və Satışı İdarəsinin (RETSİ) rəisi Saleh Abdullayev  göstərişi və bilavastə iştirakı ilə məlum olmayan səbəblərdən götürülüb.Hətta yazıda bir sıra dövlət üçün əhəmiyyət kəsb edən məqamlara da toxunulub.

Lakin nə həmin gün,nə də sonrakı gündə “Azərişıq” ASC-dən,o cümlədən Mərkəzi Aran Regional Elektrik Təchizatı və Satışı İdarəsindən hüeç bir açıqlama və reaksiya gəlməyib.Nədənsə Saleh Abdullayevin Bakı səfərindən sonra yanvarın 10-da “Azərişıq” ASC məlumat yaydı ki,bəs“Yeni Köçkün” qəsəbəsindəki generatoru ələ keçirməsi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil və qərəzli xarakter daşıyır.Əraziyə 110/35/6 kv-luq “Mingəçevir” yarımstansiyasından 2 dövrəli hava kabel xətti çəkildiyindən, habelə elektrik enerjisinin verilişində heç bir problem olmadığı üçün generatordan istifadəyə ehtiyac yaranmayıb və bu səbəbdən generatordan biri ərazidən götürülüb.Hətta,addıçəkilən qurum bir qədər də irəli gedərək bildirdi ki,guya bizim yaydığımız bu kimi xəbərlər “Azərişıq” ASC-nin işguzar nüfuzuna kölgə salır və xahiş olunur ki,müvafiq dəqiqləşmələr aparılsın.

Redaksiyası olaraq bəzi məqamlara aydınlıq gətirmək üçün “Azərişıq” ASC-nin rəhbərinə müraciət ünvanlamağı qərara aldıq:

“Azərişıq” ASC-nin sədri hörmətli Vüqar Əhmədov!

Sizin rəhbərlik etdiyiniz qurumun yaydığı informasiyaya cavab olaraq bildiririk ki,biz “Kanal32″İnformasiya Agentliyi (kanal32.az) kimi hər ay “Azərişıq” ASC-nin müsbət fəaliyyəti ilə bağlı yazılar dərc etmişik.Bir çox media qurumlarından fərqli olaraq biz bunu qarşılıqsız,təmənnasız etmişik və  bir media qurumu olaraq özümüzün peşə borcumuz kimi qiymətləndiririk.Bundan sonrakı fəaliyyətimiz dönəmində də “Azərişıq” ASC-nin,eyni zamanda digər qurumların respublikamızın sürətli inkişafı naminə atdığı bütün addımları,gördüyü  işləri cəmiyyətimizə təqdim edəcəyik.Ancaq hesab edirik ki,bizim 7 yanvar 2020-ci il tarixdə saytımızda “Rəisin əməllərinə görə “Azərişıq”rəhbərinə müraciət olundu” başlıqlı yazı sizin qurumun müvafiq əməkdaşları tərəfindən yaxşı oxunmayıb və düzgün təhlil edilməyib.Əgər yazı obyektiv şəkildə araşıdırılsaydı,yəqin ki,fərdin müdafiəsinə yönəlmiş,arqumentsiz və ümumi cümlələrdən ibarət açqlama yayılmazdı.

Diqqətinizə çatdıraq ki,həmin yazıda “Azərişıq” ASC-nin bir qurum olaraq fəaliyyətinə toxunulmayıb və qurumun işgüzar nüfuzuna toxunan bir cümlə belə işlədilməyib.O zaman sual yaranır:Balababa Rzayevin vəzifəyə təyin etdiyi və “özünəmxsus iş fəaliyyəti” ilə həqiqi mənada Mingəçevirdə ad çıxarmış RETSİ-nin rəisi Saleh Abdullayev fərd olaraq “Azərişıq” ASC-nin işgüzar nüfuzu üçün meyar ola bilərmi?

Hörmətli Vüqar müəllim!

İcazənizlə Sizə cavablandırılması və araşdırılması vacib olan bir neçə sual ünavanlamaq istəyirik.

-Niyə Sizin qurumun səlahiyyətli əməkdaşları yazıda təqdim olunan aktın saxta yox,həqiqi rəsmi sənəd olduğunu araşdırmayıb?

-Köçüknlərə təqdim olunan aktda əksini tapan fikirlər həmin genetarorun oradan götürülməsi üçün əsas hesab edilə bilərmi?

-Əgər həmin akt həqiqi rəsmi sənəd idisə,niyə onun orjinal versiyası etiraz edən məcburi köçkünlərə nümayiş olunmadı?

-Niyə yazıda yer almış videogörüntü əməkdaşlarınız tərəfindən incələnmədi?

-Generatorların aktda əks olnunan qiymətlərində niyə ziddiyyət var?

-Nəyə görə qəsəbədə yaşayan məcburi köçkünlərə dövlət əmlakı olan ehtiyat generatorun ərazidən götürülməsinə üç dəfə cəhd edilib və götürülməsinin vacibliyini təsdiq edən rəsmi açqlama verilməyib?

-“Azərişıq” ASC aktdakı imzaların düzgünlüyünü və ya skan versiya olduğunu araşdıracaqmı?

Hörmətli Vüqar müəllim!

Bir media qurumu olaraq təəssüflə bildirik ki,son bir ildə Sizin rəhbərliyiniz altında öz yüksək iş əmsalı ilə diqqət çəkən,Cənab prezidentin qarşıya qoyduğu vəzifələri layiqincə icra edən “Azərişıq” ASC-nin bəzi əməkdaşları tərəfindən yayılmış məlumat məqalədə əksini tapmış fikirlərlə uyğunluq təşkil etmir.Hesab edirik ki,yazı düzgün təhlil edilməyib,yer alan faktlar  obyektiv  araşıdırılmayıb,açqılanan məlumat fərdin müdafiəsinə yönəlmiş,arqumentsiz cümlələrdən ibarətdir və əslində Sizin peşəkarlıqla idarə etdiyiniz qurumun imicinə xələl gətirir.

Bütün bunlara baxmayaraq ki,dövlətimizin,dövlətçiliyimizin və respublikamızın inkişafı naminə atılan addımlara dəstək olmaq üçün gördüyünüz işləri və mövqeyinizi işqılandırmağa hazırıq.

 

“Kanal32” İnformasiya Agentliyi

Əlaqə vasitələri:+994-70-225-58-52 ; +994-70-232-78-32

Elektron poçt:is.kanal.32@gmail.com

 

Your email address will not be published.