Mingəçevirdə pulsuz “MİQ-SINAQ” imtahanı keçiriləcək-FOTOLAR

0 443
Kanal32.az xəbər verir ki,regionda ilk dəfə olaraq müəllim olmaq istəyənlər  üçün pulsuz MİQ üzrə sınaq imtahanı keçiriləcək.
Gənclərin inkişaf strukturuna önəm verən bir çox savadlı kadr hazırlığı ilə məşğul olaraq, Müəllimlərin İşə Qəbulu  eləcədə, Dövlət Qulluğu hazırlığı və Magistratura hazırlığında gənclərə yol göstərən, mütəmadi olaraq sınaq imtahanları seminarlar təşkil edən paytaxtda və ətraf bölgələrdə bir çox qurumlar və savadlı müəllimlər  fəaliyyət göstərir. Amma çox az sayda bele fəaliyyət göstərən müəllimlər var ki, onlar gənclərin inkşaf və potensialına üstünlük verərək kadr hazırlığı ilə yanaşı gənc müəlimlərin formalaşmasında Dövlət Qulluğuna, YÖS və Magistr imtahanına hazırlaşan gənclərimizə dəstək çərcivəsində davamlı olaraq ödənişsiz seminarlar, sınaq imtahanları təşkil edirlər.
  Belə savadlı gənclərə və gələcəyə dəstək olan müəllimlərdən biridə Mingəçevirdə yaşayan Elçin Mirzəyevdir. Özüdə gənc bir müəllim olan Elçin müəllim Mİngəçevir şəhərində Məntiq müəllimi kimi fəaliyyət göstərir. Ziyalı ailəsində böyüyən Elçin müəllim Azerbaycan Müellimler institutunda tehsil aldıqdan sonra Baki Dövlet Universitetinin Ekologiya ve torpaqsunasliq fakültesinin məzunu olub.  Magistr təhsilini Bakı Dövlət Universitetində davam etdirən Elçin müəllim bir müddət Bakıda fəaliyyət göstərsədə 2016-cı ildən Mingəçevirə qayıdaraq burada fəaliyyətini davam etdirib. 2017-ci ildə magistraturaya hazırladığı şagirdlərin 97 faizi qəbul olub.
Elçin müəllim Müəllimlərin işə qəbulu üçün hazırlanmış kitabında müəllifidir. Öz strukturunu inkşaf etdirməklə yanaşı neçə-neçə gənc müdavimlərə dəstək olan Elçin müəllim  Yanvar ayının 26-sı Mingəçevir Dövlət Universitetində təmənnasız olaraq təşkil olunacaq” Regionun ən böyük sınaq imtahanı” başlığı altında həyata keçirəcəyi Müəlimlərin İşə Qəbulu bütün fənlər üzrə sınaq imtahan suallarının müəllifi olan Elçin müəllim 2020 ci ildən öz komandası ilə birlikdə yalnız Mingəçevirdə yerləşən “COMPSTUDY-TM” də fəaliyyət göstərir . Yanvarın 26-sı keçiriləcək  sınaq imtahanında  Azərbaycanın bir çox bölgələrindən MİQ müdavimlərinin iştirakı plalanlaşdırılıb.
Ətraf bölgələrdən Bərdə, Tərtər , Göyçay , Şəki, Yevlax, Ağdaş şəhərlərindən gələcək olan MİQ müdavimləri ödənişsiz əldə etdikləri biletlərlə öz təcrübələrini test etmiş olacaqlar. Elçin müəllimin daimi atdığı bu addımlar gəncliyimizə, gələcəyimizə töhfə olmaqla yanaşı müdavimlərimizə mənəvi dəstək və örnək davranışdır.

Your email address will not be published.