Türkiyə televiziyasında 20 Yanvar faciəsinə veriliş həsr olunub

0 20

Türkiyə Televiziyasında 20 Yanvar faciəsinə həsr olunmuş veriliş yayımlanıb.

Kanal32.az xəbər verir ki,Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə Türkiyənin Bengü Türk kanalında yayımlanan “Azərbaycan ruzigarı” proqramının bu həftəki verilişi 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunub.

Həmyerlimiz Səidə Ömərin müəllifi və aparıcısı olduğu “Azərbaycan rüzgarı” verilişi yanvarın 19-da yayımlanıb. Yayımlanan verilişdə qonaq olan “Can Azərbaycan” qəzetinin sahibi,jurnalist Namık Kemal Yıldırım və İstanbul Universitetinindən Prof.Dr. Halil Bal 20 Yanvar hadisələrinin mahiyyəti, səbəbləri, faciənin acı nəticələri barədə ətraflı fikir mübadiləsi aparıb.

Verilişdə eyni zamanda 20 Yanvar faciəsi ilə bağlı video çarxlar göstərilib.

kanal32.az

Your email address will not be published.