Deputatlığa namizəd Qurbanəli Yusibov kimdir?

0 436

Deputatlığa namizəd Qurbanəli Ömər kimdir?

Qurbanəli Vidadi oğlu Yusibov 31.05.1987- ci il tarixində Mingəçevir şəhərində ziyalı ailəsində anadan olub. Babaları Mingəçevir kəndi adlanan qədim ərazidə əsasən balıqçılıq olmaqla, bostançılıq və maldarlıqla məşğul olublar. Valideynləri balıqyetişdirmə mütəxəsisləri, ixtioloq- bioloqdurlar.
O, 1993- cü ildə Mingəçevir şəhər 17 saylı orta məktəbin 1-ci sinfinə gedib və 2000- ci ilin sentyabrına qədər orada təhsil alıb. 2000- 2004- cü illərdə Mingəçevir şəhər 13 saylı orta məktəbdə təhsilini davam etdirib və həmin məktəbdən məzun olub. 2004- 2008- ci illərdə Sumqayıt Dövlət Universitetində tarix fakültəsinin bakalavr, 2009- 2012- ci illərdə magistr pilləsində təhsil alıb. 2012- 2013- cü illərdə Bakı Slavyan Universiteti Yaradıcılıq fakültəsinin tələbəsi olub.
2008- ci ildə Mingəçevir şəhər Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağrılıb. Cəbhə bölgəsində xidmət etdiyi bir il ərzində motaatıcı bölükdə çavuş rütbəsində manqa komandiri vəzifəsinədək yüksəlib.
2004- cü ildən ictimai fəaliyyətlə məşğuldur. 2006- ci ildən müxtəlif media qurumlarında təmsil olunur. İndiyədək dövrü mətbuatda yüzlərlə tənqidi, sosial, eləcə də bədii- fəlsəfi yönümlü yazıları dərc olunub. 2001- ci ildən internet sektorundadır və 2009- cü ildən onlayn media, xüsusilə sosial media sahəsində ciddi fəaliyyət göstərir.
2009- 2012- ci illərdə Mingəçevir Turizm Kollecində tarix, politologiya, sosialogiya və fəlsəfə fənnlərindən dərs deyib.
2010- cu ildə “Həsrətin odu” şeirlər kitabı ictimaiyyətə təqdim olunub.
2010- 2015- cı illərdə “Gənclərin Söz Birliyi” İB- nin təsisçisi və sədri olub.
2010- 2016- cı illərdə “Sosial Xəbər” qəzeti və “Sosial Xəbər İnformasiya Agentliyi” MMC- nin baş direktoru işləyib.
2013- cü ildə gənc yazarların əsərlərindən ibarət “Ömür” və 2014- cü ildə isə “Gənc qələm sahibləri” adlı antologiyaların çapını reallaşdırıb.
Sosial media mütəxəsisi kimi indəyədək bir çox QHT, şirkət, media qurumları və tanınmış şəxslərin mətbuat və piar işinin qurulmasında yaxından iştirak edib, bir çoxunda isə bu işin rəhbəri olub.
Həmçinin, QHT və şirkət layihələrinində layihə müəllifi, onlayn media üzrə təlimçi və ya media sponsoru kimi çıxış edib.
2014- cü ildən biznes sahəsindədir. O zamandan bu günədək onlayn biznes sektoruna aid bir neçə uğurlu layihə hazırlayıb, ictimaiyyətə təqdim edib.
2015- cı ildən onlayn marketinqlə məşğuldur və xarici onlayn şirkətlərlə çalışır.
Budapeşt, Tiflis, İstanbul, Ankara, Antalya və Muğlada türk, macar, ukraynalı və gürcü təlimçilərin regional konfranslarına qatılıb.
2016- cı ildən “Blockchain” texnologiyası və onlayn yatırımlar, xüsusilə kriptovalyutalar (koinlər, cüzdanlar, birjalar, İEO-lar və s.), haqqda araşdırmalar aparır, seminarlar keçir və konsultasiyalar verir. Xarici şirkətlər üçün innovasiyalara, yeni texnologiyalara, xüsusilə blokçeyn texnologiyası üzərində qurulan platformalarının marketinqinə dair layihələr yazır, məsləhətçi kimi onlarla əməkdaşlıq edir.
Azərbaycanda ilk kriptovalyuta məlumat mərkəzi- “Blockchain Academy of Azərbaijan”- ın qurucusu və təlimçisidir.
Hazırda əsasən, ONMA ( Online Network Marketing Academy) markası adı altında fəaliyyət göstərir.
“ONMA Line Consulting” MMC- nin təsisçisi və direktorudur.Azərbaycanda ilk dəfə olaraq kriptovalyuta layihəsinin müəllifi kimi, “ONMA.İO” Onlayn təlim- tədris platformasını yaradıb. Bundan başqa bir neçə startap layihənin müəllifidir və gənc startapçılar, tələbələr, o cümlədən bu sektora maraqlı olan şəxslər üçün təmənnasız olaraq maarifləndirmə işləri aparır.

Ara- sıra yaradıcılıqla da məşğul olur. Yazdığı şeirlərə mahnılar bəstələnib, Azərbaycan və Türkiyədə oxunulub.

Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

 

Your email address will not be published.