Rəqibi Aydın Mirzəzadəni debata çağırdı

0 663

Azbelediyye.az-ın redaksiyasına müraciət edən deputatlığa namizəd İbrahim Salamov rəqibilərindən biri olan Aydın Mirzəzadə ilə bağlı bir sıra iddialar səsləndirib.

Onun sözlərinə görə,47 saylı Mingəçevir Seçki Dairəsi artıq istədikləri kimi qaydalar qoyur və digər namizədlərin hüquqlarını məhdudlaşdırırlar .

Aidiyyatı ərazilərdə təbliğat yürüşü etmək istədim ,buna razılıq vermək əvəzinə , hansısa provakasiyanın edilə bilinəcəyi xəbərdarlığı eşitdim.Bu dairədən seçkilərə qatılan , uzun illərdir deputat olmuş Aydın Mirzəzadə qarşısında əsil rəqib gördüyü üçün narahatdır.Yenə də Dövlət müəssisələrinin əməkdaşlarının məcbur olunduqları haqda indidən məlumatlar verilir.Hər vəchlə insanlar arasında ümidsizlik toxumu səpməklə insanları seçkilərə çağırmaq əvəzinə , onlarda bizim zorla yaratmaq istədiyiniz inamı yox edirlər.Bu cür olacaqsa , yenə də saxta seçkilərin , “ənənəvi seçki ” formasının olacağı qaçılmazdır.İnsanlari ümidsiz , inamsız hala gətirərək ,onların seçkilərə gəlməməsinə nail olmaq planlaşdırılır .Əvəzində boş qalan büllitenlərdən istədikləri kimi istifadə etməyi düşünürlər .Mingəçevir sakinlərinin 90 faizi yeni sima , yeni deputat –insanları düşünən , insanların probleminə biganə qalmayan namizədi önəmsələr də , yenə təhdid , yenə tapşırıq…Əsas da təhsil müəssisələri , həmçinin Dövlət müəssisələri …

Mən burdan Aydın Mirzəzadəni istədiyi mətbu orqanda , yaxud onlayn TV -lərdə Debata çağırıram.Düzdür,mən bu çağırışla doğruları eşitmək istəməyən birini dəvət edirəm.Amma istərdim ki, Mingəçevir sakinləri bir daha eşitsinlər kimin nə edəcəyini . Artıq mənə 47 Saylı Seçki Dairəsindən şifahi xəbərdarlıq da olunub.Sifarişçi  isə yenə Aydın Mirzəzadədir. Rəqabət gücündə olmadıqlarını bir daha göstərdilər.Mən Mingəçevir sakinlərinin istəklərini problemlərini bu zamana qədər necə ictimailəsdirib , həllinə az da olsa nail olmuşamsa indidən sonra da bu cür davam edəcəyəm.Seçicilər bir nəfər kimi seçkilərə gələrsə o zaman onların səs haqqını , seçmək haqqını kimsə oğurlaya bilməyəcək.

Qeyd edim ki, mən -Salamov İbrahim Salam oğlu (Türksoy ) Mingəçevir şəhərində böyümüşəm , bu şəhərdə orta təhsilimi -Şəhər Liseyində almışam.Daha sonra Qafqaz Universitetinin Şərqşünaslıq fakültəsinin Tarix bölümünə qəbul olunmuşam , daha sonra Gəncə Pedaqoji universitetinin Tarix-Huquq fakültəsinin Hazırlığinda təhsilə davam etmişəm.Natamam ali Təhsil -dovrun problemlərindən irəli gəlsə belə , bu Vətən üçün intellektual , savadlı yetisdim!Həyatımı sırf insanların yaxşı yaşaması ,onların probleminə yardımçı olaraq qurdum.Uzun illərdir özüm ailəmlə kirayələrdə çürüsəm də , millət sevgisi məni heç vaxt usandirmadı .Qazancım olan, gəlirimin yarısından çoxunu 8-10 il xəstə -sikəst uşaqlar üçün Xeyriyyəçiliyə xərclədim.Gənc yaşlarımdan Mətbuatda araşdırma yazıların müəllifi oldum.Jurnalistikadan fəxri fərman aldım. Həmişə insanların müdafiəsinə qalxdım , təzyiqlər gördüm..Yenə usanmadım .. Özüm barədə bu qısa açıqlamanı verməkdə məqsədim insanların onlara yaxın olana inanmalarını , onların içindən çıxıb ,onları düşünəni önəmsəmələrini xahiş etməkdir .. Mingəçevirdə ən güclü , sözü açıq danışan , problemləri açıq deyən Namizəd olaraq camaatın etimadını doğrultmaq istəyirəm .. Buna mane olacaq hər bir süni əngəllərə tab gətirəcəyəm.

Qeyd edək ki,redaksiya olaraq 47 saylı DSK-nın və deputatlığa namizəd Aydın Mirzəzadənin mövqeyini dərc etməyə hazırıq.

Your email address will not be published.