SƏSİNİZİ EŞİDƏN və EŞİTDİRƏN namizəd-SEVİL YUSİFOVA

0 335

38 saylı Nizami ikinci(Gəncə) Seçki Dairəsindən deputatlığa namizədlərdən biri də “Tərəqqi medal”lı tanınmış jurnalist,ictimai xadim Sevil Yusifovadır.

Sevil Yusifova adıçəkilən dairədə ən şanslı namizəddən biri hesab olunur.Onun əsas seçici elektoratı xanımlar,elm adamları,gənclər,jurnalistlər,ictimai fəllar və ziyalılardır..Bəs Sevil Yusifova kimdir?

Gəlin,onu yaxından tanıyaq:

Sevil Yusifova 1995-ci ildə Azərbaycan Dövlət Universitetini bitirib və həmin il AMEA-nın Nizami adına Ədəbiyyat institutunun aspiranturasına qəbul olub. 1999-cu ildə aspiranturanı bitirib. “Abbas Tufarqanlının mühiti və yaradıcılığı” adlı monoqrafiyanın müəllifidir.

O 1994-cü ildə “525-ci qəzet”də müxbir kimi işə başlayıb. Ondan sora müxtəlif mediya orqanlarında (“Ekskuliziv” informasiya agentliyində, “Panorama”, “Gündəlik Azərbaycan” qəzetlərində) parlament müxbiri, redaktor və xüsusi layihələr üzrə redaktor və s. vəzifələrində çalışıb.

AzTV, GünazTV, ELTV ilə əməkdaşlıq edib. “İşgüzar qadın”, “Gender”televiziya verlişlərinin müəllifi və aparıcısı olub. 2003-cü ildən 2005-ci ilə kimi “Ruh” AJMK-da monitorinq qrupun rəhbəri olub. 2006-ci ildə Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının prezidenti seçilib. Bu günə kimi bu vəzifəni icra edir. O 19 dekabr 2012-ci ildə Milli QHT Forumun Qurultayında MQF-nin İdarə Heyətinə üzv seçilib. 2017-ci ildə isə MQF-nin vitse-prezidenti təyin edilib. Sevil Yusifova İTV-nin Yayım Şurasının üzvüdür.

O 22 iyul 2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Azərbaycan milli mətbuatının inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib. Bundan əlavə Azərbaycan Jurnalistlər Birliyinin “Zərdabi” və digər qurumların “Yaxşıların ən yaxşısı”, “Media ulduzu” və s mükafatları ilə təltif edilib. S. Yusifova “Gürcüstan-Azərbaycan” dostluq münasibətlərinin inkişafındakı xidmətlərinə və Azərbaycan həqiqətlərinin gürcü mətbuatında uğurla işıqlandırılmasına və Azərbaycanda maarifçilik işinin fəal şəkildə həyata keçirməsinə görə bir qrup nüfuzlu təşkilatlar tərəfindən təltif edilib

“Zərif imzalar”,Elegant Signatures”, “Mübariz yol” kitablarının tərtibçisi-müəllifidir.  “Media və Hüquq” kitabının redaktorudu.

O Gürcüstanda “Xocalı soyqırımı. Faktların dili ilə” gürcü dilində kitab dərc etdirib. S.Yusifova  narkomaniya əleyhinə sosial reklam hazırlayıb. Həmin sosial-reklamlar İTV, Xəzər TV, ElTV-də yayımlanıb.

Dəfələrlə xarici ölkələrdə “Ukraynanın gündəminə Azərbaycan həqiqətlərini gətirək”, “Qafqaz evi və ermənilər”, “Ermənistanın işğalçılıq siyasəti”, “Erməni yalanları”, “Gürcüstan mətbuatında Qarabağ həqiqətləri”, “İrəvansız-100 il”, “Uşaqlığı oğurlanmışlar. Qarabağ müharibəsinin şahidləri” və s. beynəlxalq konfransları gerçəkləşdirib. S.Yusifova Xocalı faciəsinin ildönümdə İstanbulda, Ankarada  “Xocalı harayı” tədbir keçirib.Ankarada TBMM-nin sədrinə, millət vəkillərinə rəsmi müarciət edib ki, Xocalı soyqırımını qəbul edin.

S.Yusifova iki yüzdən çox təhsilə dair, soial yönümlü və mədəni layihələri gerçəkləşdirib:

“Gənclər hər cür zorakılığa qarşı”, “Qadın sağlamlığı. Reabilitasiya”,“Qızların təhsildən tez ayrılmasının səbəbləri”4 nömrəli Respublika Xüsusi İnternat məktəbində Respublika Gününə həsr olunmuş “Elm öyrənərək”, “Tariximizi öyrənək”, “Hepatitlə mübarizə aksiyası!”, “Genofondumuzu qoruyaq!”, “Uşaq mətbuatı bu gün: problemlər, perespektivlər”,”Milli uşaq telekanalının yaradılması yolları”,

“Türk Dünyasının Mədəni İnteqrasiyası: Ortaq Türk Əlifbası və Ortaq Türk Ədəbi dili”, “Şərqdə ilk demokratik Respublika. Azərbaycan qadını” və s.

Tarixdə ilk dəfə  “I Respublika Jurnalist Qadınların Forumu”nu realaşdırıb. O forumunideyasının müəllifi və təşkilat komitəsinin sədri olub.Bişkekdə keçirilən Türkdilli Ölkələrin və Toplumların III Media Forumunda Azərbaycanı təmsil edib və  məruzəçi olub.

Azərbaycanda ilk dəfə jurnalistlər və aztəminatlı ailələr üçün “Ankara Medikal” klinikasında “Sağlamlıq ayı”çərçivəsində pulsuz  “chek up” müayinələr təşkil edib.

S.Yusifovanın şəxsi dəvəti və təşkilatçılığı ilə  Türkiyədən bir qrup həkimlər Dr.Mətin Yurdakoş və Dr.Serbülənt Orhanerin vətəndaşlarımızı pulsuz müayinə və tədavi ediblər.

Eyni zamanda Sevil xanım ölkədə ilk dəfə Türkiyənin məşhur “Viral hepatit” mərkəzinin səyyar laborotoriyasını Azərbaycana gətizdirib. Bakıda, Lənkəranda, Gəncədə, Akstafada və s. şəhərlərimizdəaztəminatlı ailələrin üzvləri, o cümlədən tələbələr,  jurnalistlər pulsuz müayinə olunublar. Hepatit xəstələri isə türk professor tərəfindən pulsuz müalicə ediliblər.

Avropa Şurası Bakı Ofisinin 2018-2019-cu illər ərzində reallaşdırdığı “Azərbaycanda gender bərabərliyi və media azadlığı layihəsində təlimçi olub.

 Sevil Yusifova müqəddəs Həcc, Ümrə, Məşəd ziyarətlərində olub.

Kanal32.az

Your email address will not be published.