MDU-nun tələbə-könüllülərinin əsgərlərimizə salamı var

0 310

Azbelediyye.az “Kanal32”ninməlumatına istinadla bildirir ki,daha bir təhsil ocağı “Könüllülər ili” çərçivəsində “Əsgərə salam” aksiyasına qatılıb.

Cəmiyyətimizin müxtəlif təbəqələrinin Silahlı Qüvvələrimizin şəxsi heyəti ilə həmrəy olması məqəsdi ilə keçirilən akasiyanı təşkil edən isə paytaxtdakı ali məktəb yox,regiondakı ali məktəb olub.Bu təhsil müəssisəsi Mingəçevir Dövlət Universitetidir.Adışəkilən universitetin tələbə-könüllüləri də bu həmrəyliyə qoşularaq “Əsgərə salam” aksiyasında iştirak ediblər.

Qeyd edək ki,Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə 2 Fevral Gənclər Gününə qədər davam edəcək “Əsgərə salam“ aksiyasında məqsəd “Könüllülər ili”ndə könüllük hərəkatının iştirakçıları ilə yanaşı, cəmiyyətin müxtəlif təbəqələrinin Silahlı Qüvvələrimizin şəxsi heyəti ilə həmrəyliyini nümayiş etdirməkdir.

 

Your email address will not be published.