Səməd Vəkilov nazirə və Məzahir Pənahova müraciət etdi-VİDEO

0 300
28 saylı Sabunçu üçüncü seçki dairəsindən deputatlığa namizəd Səməd Vəkilov bu ərazidə baş verənlərlə bağlı səhiyyə naziri Oqtay Şirəliyev və Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahova müraciət edib.
Səməd Vəkilov Aktor.Az-a açıqlamasında bildirib ki, təmsil etdiyi seçki dairəsindən digər namizəd Eldar Quliyevin xeyrinə təbliğatda xeyli qanun pozuntusuna yol verilir.Onun sözlərinə görə, atılan addımlar Azərbaycan qanunlarına, xüsusən də Seçki Məcəlləsinin tələblərinə ziddir.Yəni, dövlət orqanlarında, idarələrində, təşkilatlarında və ya bələdiyyə orqanlarında və təşkilatlarında vəzifədə olan şəxslər seçki dövründə hər hansı namizədin təbliğatında iştirak edə bilməz, seçiciləri ona dəstək olmağa çağıra bilməz.
“Allah heç kimin ağlını əlindən almasın! 1 saylı Respublika Psixiatriya Xəstəxanasının (el dilində Dəlixana deyirlər) baş həkimi Ağahəsən Rəsulov deputatlığa namizəd Eldar Quliyevə səs istəyir. Mən buradan Səhiyyə Naziri cənab Oqtay Şirəliyev müraciət edirəm. Cənab nazir, sizin tabeçiliyinizdə olan 1 saylı Respublika Psixiatiriya Xəstəxanasının baş həkimi Ağahəsən Rəsulov 28 saylı sabunçu III seçki Dairəsindən deputatlığa namizəd Eldar Quliyevin seçki təbliğatı ilə məşğul olur. Xahiş edirəm onun barəsində tədbir görəsiniz. Analoji müraciətlə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahova da üz tuturam ki, bu cür hallara son qoyulsun və qanuna zidd hərəkətlər hüquq çərçivəsində tənbeh edilsin” – deyə Səməd Vəkilov fikrini tamamlayıb.

Your email address will not be published.