Daha 7 nəfər namizəd bəyanat yaydı-FOTO

0 357

38 saylı Nizami ikinci(Gəncə)Seçki Dairəsindən namizəd olmuş 7 nəfər seçkilərin kütləvi saxtalaşdırılması ilə bağlı rəsmi bəyanat yayıblar.

Fevralın 9-da  ölkəmizdə insanların böyük ümidlərlə gözlədiyi növbədənkənar parlament seçkilər keçirildi.Dünyaca məşhur Məzahir müəllimin Mərkəzi Seçki Komissiyası (MSK) isə qısa müddət sonra  Milli Məclisə keçirilmiş seçkilərin ilkin nəticələrini açıqladı.Elə “kef” də bundan sonra başladı.Belə ki,gözləntilərin əksinə olaraq bir çox  dairələrdə sözün əsl mənasında xalqı qıcıqlandıran nəticələr ortaya çıxdı.Daha doğrusu çıxarıldı.Yenə də bəzi düşük,yaltaq,lazımsız,”yatağan”,”lal”,”papağı günə verən”,oliqarx və s. kimi namizədlər yenidən deputat “seçildi”(?)

Bir neçə dairədə səslərin saxtalaşıdırılması,səslərin oğurlanması və yerli icra hakimiyyətləri səviyyəsində seçki prosesinə müdaxilələrlə bağlı iddialar gündəmi zəbt etdi.İddialara görə,kütləvi şəkildə seçkilərin saxtalaşdırıldığı və ən çox pozuntuların qeydə alındığı dairələrdən biri də 38 saylı Nizami ikinci(Gəncə)Seçki Dairəsidir.

Artıq bununla bağlı sözügedən dairədən namizəd olmuş 7 nəfər rəsmi BƏYANAT yayıblar.Namizədlər müraciətin bir nüsxəsini də Kanal32.az-a göndəriblər.

Qeyd edək ki,MSK-ya təqdim olunan sənədlərdən və faktlardan başqa 38 saylı Nizami ikinci(Gəncə)Seçki Dairəsinin nəticələrinin ləğv edilməsi ilə bağlı petisiya  da başlayıb.

Onu da vurğulayaq ki,ölkə başçısının fevralın 12-də Kürdəmir rayonuna səfəri zamanı səsləndirdiyi fikirlər namizədlərdə ümid yaradıb ki,saxtakarlıq edənlər və onların havadarları cəzalandırılacaq.Dövləti və onun siyasi xəttini gözdən salanlar,dövlətə və onun qanunlarına və rəhbərinə xəyanət edənlər qanun qarşısında cavab verəcəklər.Çünki görünən odur ki,”qoca qurdalar”dan ibarət “yatağan mafiya” islahata və islahatçılara qarşıdır.Konkret desək,həmin islahatları boğmağa çalışırlar.

Xatırladaq ki,Mərkəzi Seçki Komissiyasının (MSK) fevralın 13-də keçirilən iclasında Milli Məclisə seçkilərlə əlaqədar ümumilikdə ciddi qanun pozuntularının qeydə alındığı 4 dairədə keçirilmiş seçkinin nəticələri ləğv edilib.

Kanal32.az

Your email address will not be published.