57 saylı Seçki Dairəsində müdhiş əməllər-FOTO-VİDEO

0 228

Mərkəzi Seçki Komissiyası 57 saylı Kürdəmir Seçki Dairəsidə qeydə alınmış cinayət tərkibli qanun pozuntularına hələki göz yumur.

9 fevral 2020-ci il tarixində Azərbaycanda baş tutan növbədənkənar parlament seçkiləri sözün əsl mənasında tarixə düşdü.Amma,çağdaş tariximizin utanc səhifəsi kimi inanılmaz biabırçılıqları ilə…Topa-topa büllütnelər,sırtılmış simalar,dərs saatlarının itirilməsindən qorxaraq cinayətə bulaşan müəllimlər,kreslo və vəzifəsini şərəfindən,mənliyindən üstün tutan direktorlar,”karateis” məntəqə sədrləri,döyülən,sürütmə çəkilən müşahidəçilər,təzyiqlərə məruz qalan jurnalistlər,seçki komissiyasının funksiyasını “yerinə yetirən” polislər və nəhayət dünya tarixində ilk dəfə olaraq “xəstə bülletenlərə ” yardım edən təcili yardım maşınları….Bəli,nə qədər acı da olsa,bu çağdaş Azərbaycanın seçki tragikomediyasıdır.

Xeyli sayda qanun pozuntularının qeydə alındığı seçki dairələrindən bir də 57 saylı Kürdəmir Seçki Dairəsidir ki,bu dairənin dislokasiyasına daxil olan müxtəlif məntəqələrdə ciddi şəkildə qanun pozuntuları baş verib.Sözügedən dairənin bir neçə məntəqəsində müşahidə aparan “Kanal32”nin və “Azərbaycan Bələdiyyəsi” qəzetinin xüsusi müxbiri İxtiyar Həsənlinin məlumatına görə,ilk növbədə müşahidələr zamanı jurnalistlərin iştirakı məntəqə sədrləri tərəfindən təpki ilə qarşılanıb.Özlərinin dediyi kimi icra hakimiyyətindən başqa heç kimlə hesablaşmayan savadısz və qorxaq məntəqə sədrləri müxtəlif təzyiqlər və bəhanələr gətirərək jurnalistləri seçkinin keçirildiyi məkanlardan uzaqlaşdırmağa çalışıblar.Hətta,4, 10, 12, 20, 21 saylı məntəqələrdə buna nail ola biliblər.Jurnalistlərin öz hüquqlarını izah etməsi belə müsbət nəticə verməyib.Bir sözlə,media təmsilçilərinin seçkiləri yaxından izləmək hüquqları kobud surətdə pozulub. Mərkəzi Seçki Komissiyasına müraciətlərdən və uzun çək-çevirdən sonra onların bir neçəsi yenidən məntəqəyə dönə bilib.Elə targikomediyalar da bundan sonra başlayıb. Qeydə alınan pozuntular və cinayət əməlləri jurnalist və operatorların diqqətindən yayınmayıb.

Bir çox məntəqələrdə jurnalistlərə və komissiya üzvlərinə sədrlər tərəfindən seçicilərin iştirakı ilə bağlı rəqəm sayı göstərilməyib. Göstərilən məntəqələrdə isə yekun hesablamalar nəticəsində rəqəmlər arasında kəskin ziddiyyət olub.Belə ki,saat 19:00-da DSK-ya verilən məlumatda 271 nəfər göstərilsə də,qutu açılan bülletenlərin sayı 188 olub.Namizədlər və onların müçahidəçiləri təkzibolunmaz faktlar təsdiq edir ki,seçki məntəqlərinin demək olar ki,hamısında inzibati resurslarla dəstəklənən Ağazadə Əminə Həmid qızı zorla “seçdirilib.Guya 10 min 470 səs (64,9 faiz) qazanıb.Əslində isə bu dairədən ən şanslı namizəd Rəşad Qəribov sayılırdı və seçki öncəsi sorğular da onun lider namizəd oldğunu göstərirdi.

Hələ bu azmıpş kimi məntəqə daxil olmuş polis zabiti özündən “qanun icad” edib.Deyir ki,bəs məntəqədə hər namizədin yalnız bir nümayəndəsi qala bilər.Hörmətli MSK sədri Məzahir müəllim,bu videoya diqqət edin!

Qeyd edək ki, bütün bu faktlar KİV nümayəndləri tərəfindən video görüntülərlə sübut olunub.Amma,nədənsə Mərkəzi Seçki Komissiyası cinayət tərkibli qanun pozuntularına hələki göz yumur.

Həmin videoları təqdim edirik:

Mərkəzi Seçki Komssiyasının və Baş prokurorluğun diqqətinə çatdıraq ki,57 saylı Kürdəmir Seçki Dairəsidə namizədlərin hüquqları AR.Seçki Məcəlləsinin 112-1.6.3 maddəsinin tələbləri kobud şəkildə pozulub və birbaşa qanunla müəyyən edilmiş formada cinayət məsuliyyəti yaradır.

ARDI VAR…Bizi izləməkdə davam edin…

Kanal32.az

 

Your email address will not be published.