82 saylı Ağcabədi Seçki Dairəsində RƏZALƏT-VİDEO

0 225

82 saylı Ağcabədi Seçki Dairəsində qanunlar ayaqlar altına atılıb.

Kanal32.az xəbər verir ki,fevralın 17-də 82 saylı Ağcabədi Seçki Dairəsində deputatlığa namizədlər-Abdullayev Sənan Həsən oğlu,Əmrahlı Əkrəm Əhməd oğlu və Hacıbəyli Cavid İbrahim oğlunun MSK-ya etdiyi rəsmi müraciətlə “baxılıb”.

Əslində isə sövetdən qalma dairə sədri Nadir Qürbətov sözün əsl mənasında “siyasi şoumenlik” edib.Yaşına,vəzifə səlahiyyətlərinə və qanun qarşısındakı öhdəliklərinə baxmayraq “dağ boyda” kişi icra başçsının və “seçdiyi depuat” Tahir Rzayevin siyasi aləti kimi davranıb.Guya kişinin oğlu komissiya üzvlərinin və şikayətçi namizədlərin iştirakı ilə iclas keçirib.Media təmsliçiləri və məntəqələrdəki biabrıçılıqları və qanun pozuntularına canlı şahidlik edən müşahidəçilər iclasa buraxılmayıblar.Utanmadan bir neçə gün öncə tətib etdikləri “qərar”ı oxuyan dairə sədri bildirib ki,sizin şikayətlər əsassızdır və seçkilər İsveçrədən də “şəffaf” keçirilib.

Daha sonra dairəni tərk edən namizədlər elə 82 saylı Ağcabədi Seçki Dairəsinin qarşısında müsahibə verərək,ölkə başçısına və Baş prokurorluğa videomüraciət ediblər.

Həmin videoları təqdim edirik:

Ağcabədi Seçki Dairəsində deputatlığa namizəd Sənan Abdullayevin açqılamaları isə daha diqqətçəkən olub.

Onu da qeyd edək ki,namizədlərin sivil etirazlarından ciddi narahat olan və kreslosunu dəlicəsinə sevən dairə sədri Nadir kişi gizlicə polisə məlumt verib və onları dairəyə dəvət edib.Bir neçə dəqiqənin içərsində əraziyə 4-5 PPX avtomobilləri və onlarla polis əməkdaşları gəlib.Onlar “Kanal32″-nin və “Azərbaycan Bələdiyyəsi” qəzetinin ərazidə çəkiliş aparan nümayəndlərinə qarşı aqressiv münasibət sərgiləyiblər.Ancaq “Kanal32”nin rəhbərliyi onlara Azərbaycanın Afrika ölkəsi yox,hüquqi dövlət olmasını xatırladıb.

Kanal32.az

Your email address will not be published.