Mingəçevir Bələdiyyəsi Xocalı soyqırımı qurbanlarını yad edib-FOTOLAR

0 178

XX əsrdə bəşəriyyətin ən böyük faciələrindən biri olan Xocalı soyqırımından 28 il ötür. Ölkəmizdə, eləcə də dünyanın bir çox dövlətlərində erməni faşizminin törətdiyi vəhşilikləri pisləyən, faciə qurbanlarını yad edən tədbirlər keçirilib.

     Azbelediyye.az xəbər verir ki,Mingəçevir bələdiyyəsinin şəhər Uşaq Gənclər İnkişaf Mərkəzi ilə birlikdə həyata keçirdiyi anım günündə şəhər ziyalıları, Xocalı sakinləri, tələbə və şagirdlər iştirak ediblər.Bələdiyyənin iclas zalının foyesində Xocalı həqiqətlərini əks etdirən kitab, rəsm və foto sərgiləri marağa səbəb olub.

     Tədbiri açan Uşaq İnkişaf Mərkəzinin direktoru, bələdiyyə üzvü Ədalət Quliyeva 28 il öncə baş vermiş faciənin tarixindən danışdı, soyqırım qurbanlarının həyatından bəhs edib.Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

     Çıxış edənlər- tarixçi Ramiz Kərimov, İcra nümayəndəsi Rizvan Mikayıllı, Xocalı sakini Zahir Usubov, bələdiyyə qulluqçusu Zahid Qasımlı bir daha Xocalıda törədilənlərin bəşərriyətin fəciəsi olduğunu vurğuladılar və bu hadisənin təkrarlanmaması üçün cinayətkarların cəzalandırılmasının vacibliyini bildiriblər.

    Sonda Uşaq Gənclər İnkişaf Mərkəzinin dram dərnəyinin üzvləri tərəfindən, metodist Ülviyyə Kərimovanın müəllifi olduğu “Cəhənnəm tuneli” tamaşası nümayiş etdirildi. Tamaşada girovluqdan azad olunmuş bir qadının başına gələn dəhşətlərdən bəhs olunub.

Mingəçevir Bələdiyyəsinin mətbuat xidməti

Your email address will not be published.