“Xocalı soyqrımını unutmayaq”-FOTOLAR

0 236

Mingəçevir şəhər Üzeyir Hacıbəyli adına 11illik musiqi məktəbində “Xocalı soyqrımını unutmayaq” adlı əbədi bədii kompozisiya keçirilib.

Kanal32.az-ın məlumatına görə,şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra məktəbin direktoru Vüsal Məmmədov Xocalı soyqırımı barədə ətraflı məlumat verib.

O bildirib ki,Xocalı faciəsinin xalqımızın yaddaşında qanla yazılmış bəşəri bir soyqırımdır. Günahsız insanların başına gətirilən müsibətlərdən söz açan məktəb direktoru qeyd edib ki, ümummilli lider Heydər Əliyev Xocalı soyqırımınınbeynəlxalq aləmdə tanınmasının əsas səbəbkarı və təşəbbüskarı olmuşdur. Hələ Prezident səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Ali Sovetinin sədri Heydər Əliyev erməni təcavüzünün qarşısının alınması məqsədilə təcili tədbirlər görülməsi üçün BMT Təhlükəsizlik Şurasının dərhal çağırılması xahişilə Təhlükəsizlik Şurasının sədrinə 26 iyul 1993-cü il tarixli yazılı müraciət etmişdir. 24 fevral 1994-cü il tarixli Milli Məclisin qərarı ilə hər il fevralın 26-sı “Xocalı soyqırımı günü” kimi yad olunması və bu barədə beynəlxalq təşkilatlara məlumat verilməsi ilə Xocalı soyqırımına ilk dəfə siyasi qiymət verilmiş oldu.Biz bütün hallarda ermənilərdən qisasımız almaqlıyıq və vaxt itirmdən kimiliyimizi göstərməliyik,deyə Vüsal Məmmədov bildirib.

Sonra Xocalı soyqırımını əks etdirən filmə baxış keçirilib.Ardınca isə  şagirdlərinin Xocalı soyqırımına həsr etdikləri səhnəciklər, kompozisiyalar nümayiş olunub, Vətənə, şəhidlərə həsr olunmuş şeirlər səslənib.

Müəllif: İxtiyar Həsənli

Azbelediyye.az

Your email address will not be published.