“Kiçik və Orta Biznesin Dostu” Mingəçevirdə-FOTOLAR

0 144

“Kiçik və Orta Biznesin Dostu” Mingəçevirdə…

Kanal32.az xəbər verir ki,İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin mikro, kiçik və orta sahibkarlıq subyektlərinə önəmli dəstək mexanizmlərindən olan “Kiçik və Orta Biznesin Dostu” (“KOB Dostu”) martın 2-də Mingəçevir şəhərində fəaliyyətə başlayıb.

Gənclər Evində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin və Mingəçevir şəhər İcra Hakimiyyətinin təşkilatçılığı, aidiyyəti dövlət qurumlarının, ictimaiyyət nümayəndələrinin və sahibkarların qatıldığı tədbirdə icra başçısı İlham İsmayılov iştirakçıları salamlayaraq ölkə prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının Mingəçevirdə də uğurla davam etdirildiyindən danışıb. Hələ sovetlər dönəmində respublikanın dördüncü sənaye şəhəri kimi tanınan Mingəçevirdə bir çox sənaye müəssisələrinin fəaliyyətindən bəhs olunub. İkinci dəfə hakimiyyətə gəlişindən sonra ulu öndər Heydər Əliyevin başladığı düzgün siyasət sayəsində Azərbaycanın iqtisadi inkişafının hazırda yeni mərhələyə qədəm qoymasından söz açan şəhər rəhbəri sahibkarlara göstərilən dövlət qayğısından da danışıb.

Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov qurumun fəaliyyəti və “KOB Dostu” mexanizmi barədə məlumat verib. Vurğulanıb ki, Agentlik tərəfindən hazırda yaradılmaqda olan “KOB Dostu” şəbəkəsi Azərbaycan Respublikası Prezidentinin “Dövlət sahibkarın ən yaxşı tərəfdaşıdır” strateji xəttinə uyğun olaraq, dövlət-sahibkar əməkdaşlıq platforması əsasında reallaşan mühüm layihələrdəndir. “KOB Dostu” şəbəkəsinin yaradılmasına 2018-ci ilin sentyabr ayından başlanıb. Hazırda Lənkəran, Quba-Xaçmaz, Aran, Gəncə-Qazax, Şəki-Zaqatala və Abşeron iqtisadi rayonlarının 10 rayon və şəhərində 13 “KOB Dostu” fəaliyyət göstərir. KOB dostları mikro, kiçik və orta biznes subyektlərinin təşəbbüslərinin, potensial imkanlarının müəyyən edilməsi və reallaşdırılması, yeni KOB subyektlərinin yaradılması və inkişafının bütün mərhələlərində, eləcə də sahibkarların hüquqlarının müdafiəsi istiqamətində KOB-lara dəstək göstərən mexanizmdir.

Sonra “KOB Dostu”nun fəaliyyəti ilə bağlı filmlər nümayiş olunub. Tədbir çərçivəsində “KOB Dostu” ilə bağlı fəaliyyət istiqamətləri və göstərəcəyi xidmətlər barədə məlumatlar verilib, sahibkarların sualları cavablandırılıb.

“KOB Dostu”nun Mingəçevir nümayəndəsi Ayaz Ədilov təqdim edilib. Mingəçevir Gənclər Evində fəaliyyət göstərəcək “KOB Dostu”nun ofisi ilə tanış olublar.

Məlumat verilib ki, burada sahibkarların müraciətlərinin qəbulu, onlara dövlət dəstəyi mexanizmləri çərçivəsində informasiya, məsləhət, maarifləndirmə, təlim-tədris və s. xidmətlərin göstərilməsi üçün lazımi şərait yaradılıb. Mingəçevir “KOB Dostu” ofisində də “KOB könüllüləri”nin fəaliyyəti nəzərdə tutulur. Qeyd olunub ki, “KOB Dostu” ilə birgə ofisdə KOB könüllüləri də fəaliyyət göstərəcəklər.


Mətanət MƏMMƏDOVA

Your email address will not be published.