Mingəçevirli şagirdlər ana dilimizə görə debata çıxıblar-FOTOLAR

0 307

Mingəçevirli şagirdlər ana dilimizə görə debata çıxıblar.

21 fevral Beynəlxalq Ana dili günü çərçivəsində Mingəçevir şəhər 10 №-li tam orta məktəbdə debat xarakterli interaktiv təlim metodlarına əsaslanan dərs təşkil olunub.Debat dərsi sözügedən məktəbin VIIIA sinifində Azərbaycan dili ədəbiyyat müəllimi Rəna Səfərova keçirib.

Debat dərs iki mövzu üzərində qurulub:1.Ana dilimizi mükəmməl bilməliyik,başqa dilləri bilməyimiz vacib deyil. 2.Ana dilimizi bilməsək də olar,digər dilləri mükəmməl bilməyimiz kifayət edər.

Debat iştirakçıları müdafiə etdikləri fikirlər əsasında aktiv şəkildə müzakirələr aparıblar.Hər bir qrup öz fikrində haqlı olduğunu gətirdikləri arqumentlərlə əsaslandırmağa çalışıblar və ana dilimiz ətrafında biri-birindən maraqlı fikirlər səsləndiriblər.

Qeyd edək ki,dərs prosesində məktəbin direktoru Xumarə Mikayılova,Təlim- tərbiyə işləri üzrə direktor müavini  Elfira Abdullayeva, tarix muəllimləri- Seymur Məhərrəmov,Yeganə Bədəlova,digər müəllimlər və media təmsilçiləri iştirak edib.

Sonda debat barədə fikirlərini bölüşən məktəbin direktoru və dərs prosesini izləyən müəllimlər dərsin müasir təlim medotları əsasında  keçirildiyini bildiriblər.Şagirdlərin ana dilimizə olan sevgisini,münasibətini yüksək qiymətləndiriblər.Həmçinin,belə bir aktual mövzunun şagirlərə aşılanması istiqamətində fənn müəllimi Rəna Səfərovanın əməyini xüsusi vurğulayıblar.Bu qəbildən olan dərslərin bütün siniflərdə keçirilməsini diqqətə çatdırıblar.

Müəllif:İxtiyar Həsənli

Kanal32.az

Your email address will not be published.