2 məhşur xanımın adına medal təsis edildi-FOTO

0 182

“Uşaqların gələcəyi naminə”  ictimai birliyi 2 məhşur xanımın adına medal təsis edib.

Kanal32.az xəbər verir ki,bu barədə təşkilatın sədri hüquqşünas Könül Quliyeva məlumat verib. Hüquqşünas bildirib ki, təşkilat  2 fədəkar Azərbaycan qadının adına medal təsis edib. Bu xanımlardan biri Azərbaycanın taleyində böyük rol oynamış ilk uşaq evinin yaradıcısı böyük mütəfəkkir Firudin bəy Köçərlinin həyat yoldaşı  Badisəba xanım Vəkilova-Köçərli  ikinci xanım isə Türkiyənin ilk qadın vəkili Sürayyə Ağaoğludur.

Badisəba xanım Vəkilova-Köçərlinin adına təsis edilən medal Azərbaycanda uşaq evlərinin himayəsi yaxud uşaq hüquqlarının müdafiəsi ilə məşğul olan şəxslərə təqdim ediləcək.Sürayyə Ağaoğlunun adına olan medal isə türk dünyasında xidmətləri olan qadın hüquqşünaslara təqdim ediləcək.

Your email address will not be published.