“Uşaqların Gələcəyi Naminə” İB bəyanat yaydı

0 329

“Uşaqların Gələcəyi Naminə” İctimai Birliyi Bakının mərkəzində səsləndirilən əxlaqa ziddi çağırışlarla bağlı bəyanat yayıb.

08 mart 2020-ci il tarixdə Bakı şəhərinin mərkəzində “Feminist Qadınlar Hərəkatı” adı ilə həyata keçirilən aksiyada Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə uyğun olmayan şüarların səsləndirilməsinə, plakatların nümayiş etdirilməsinə kəskin etirazımızı bildiririk.

Azbelediyye.azKanal32″yə istinadla xəbər verir ki,belə bir bəyanatla “Uşaqların Gələcəyi Naminə” İctimai Birliyi çıxış edib.Bəyanatda deyilir:

İnsan hüquq və azadlıqları adı altında heç bir halda milli-mənəvi dəyərlərin dağıdılmasına yol vermək olmaz. Azərbaycan xalqı özünəməxsus milli adətləri olan xalqdır və bu xalqın milli-mənəvi dəyərləri ilə insan hüquqları arasında heç bir ziddiyyət yoxdur. Konstitusiyamızda belə əsas qanunumuzun mənbələrindən biri kimi adətlərimizin də göstərilməsi heç vaxt diqqətdən kənarda qalmamalıdır. Hesab edirik ki, “Qadın Hərəkatı” adı ilə Azərbaycan qadınının adına utancverici bu hərəkətlər yol verilməzdir. Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərmişdir.

Tariximizin və mədəniyyətimizin neçə-neçə şanlı, parlaq səhifəsi məhz onun adı ilə bağlı olmuşdur. Azərbaycan qadını dünyaya bəşəriyyətin mədəni fikir xəzinəsinin incilərini yaradan ədəbi şəxsiyyətlər, görkəmli elm və sənət adamları, tanınmış siyasi xadimlər bəxş etmişdir. Ötən əsrdə qadın hüquqlarının qazanılması və qorunması yolunda misilsiz uğurlar əldə etmiş Azərbaycan qadını bu gün artıq ölkəmizin ictimai-siyasi, iqtisadi, mədəni həyatının fəal iştirakçısıdır. O, taleyüklü milli məsələlərin həllinə sanballı töhfələr verir. Dövlət quruculuğunda onun yüksək ehtirama layiq mövqeyi bu gün qeyd edilən bayramı müstəqillik ideyası ətrafında sıx birləşən xalqımızın və cəmiyyətimizin bayramına çevirmişdir. Elm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə qazandığı nailiyyətlər Azərbaycan qadınının çox böyük potensiala malik olduğunu zaman-zaman təsdiq etmişdir.

Onu da qeyd edek ki, “Uşaqların Gələcəyi Naminə” İctimai Birliyi martın 7-də ictimaiyyətə açıqlamasında Azərbaycan xalqının fədakar qadınlarından olan ölkəmizdə ilk uşaq evinin yaradıcısı Badisəba Vəkilova-Köçərlinin və Türkiyənin ilk vəkili, həm də ilk uşaq sığınacaq mərkəzinin yaradıcısı olan Sürəyya Ağaoğlunun adına medallar təsis etmişdir. Hesab edirik ki, xalqımızı ləyaqətlə təmsil edən bu xanımlar Azərbaycan xanımının simvollarıdır və gələcək nəsillər də, özləri üçün nümunə olaraq bu xanımları götürməlidir.

KANAL32.AZ

Your email address will not be published.