Mingəçevirin İcra başçısı özünə yeni müavin təyin etdi

0 271

Mingecevir Şəhər İcra Hakimiyyətində ötən ildən boş qalmış müavin vəzifəsinə yeni təyinat olub. 

Kanal32.az xəbər verir ki, şəhər rəhbəri İlham İsmayılov Fərid Oqtay oğlu Məmmədovu icra başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri təyin edib.

Qeyd edək ki, həmin vəzifəni uzun illər icra hakimiyyətinin “boz kardinalı” adlandırılan və bir neçə şəhər rəhbərini yola salan Əli Qəniyev tuturdu. O, ötən il yaş həddi ilə əlaqədar vəzifəsindən azad edilib.

Onu da xatırladaq ki,icra hakimiyyəti başçısının birinci müavini postu da 1 il 4 aydır ki, boşdur.

Kanal32.az

Your email address will not be published.