MİNGƏÇEVİRDƏ İLK:#EyvanaÇıx  adlı konsert keçirilib-VİDEO

0 341

 İlk dəfə olaraq Mingəçevir şəhərində #EVDƏQAL kampaniyasına dəstək məqsədi ilə maraqlı və digər bölgələrə örnək olacaq aksiya keçirilib.

Kanal32.az xəbər verir ki,Bərdə Regional Mədəniyyət İdarəsinin nəzdində olan Mingəçevir şəhər Ü.Hacıbəyli adına 11 illik musiqi məktəbinin direktoru Vüsal Məmmədovun təklifi ilə maraqlı və kreativ bir aksiya reallaşdırıb.

Belə ki,sözügedən musiqi məktəbinin kollektivi Mingəçevir Dövlət Dram Teatrı ilə birgə şəhərin mərkəzi küçələrinin biri olan M.Maqomayev küçəsində yerləşən hündürmərtəbəli  yaşayış binasınnın balkonunda  #EyvanaÇıxadlı konsert proqramı ilə çıxış ediblər.

Səsləndirilən mahnılar ətraf binalarda və həyət evlərində yaşayan sakinlərin böyük marağına səbəb olub.Onlar konsert təşkilatçılarını alqışlayıblar.

Kanal32.az Milli musiqilərimizin səsləndirlidiyi konsertin videosunu təqdim edir:

Kanal32.az

Your email address will not be published.