Qarabağda qəhrəmanlıq səhifəsi yazan Azərbaycan qadınları

0 388

Qarabağda qəhrəmanlıq səhifələri yazan Azərbaycan qadınları

    Qadın- ən önəmli qərarları verən strategiyalı bir siyasətçi,qəhrəman vətən övladlarını böyüdüb tərbiyə etmiş fədakar bir ana, gələcək nəsillərimizin çiçəklənməsi üçün müəllim ,sağlamlığımızın qorunması üçün həkim ,asayişimizin bərpası üçünçalışan polis və cəmiyyətin təməlidir.Qadın istənilən toplumun uğurlara imza atmasında öncül rol oynamaqla yanaşı,idman,musiqi,ədəbiyyat və ümumilikdə incəsənətin bütün sahələrində peşəkar mütəxəssis kimi digər ölkələrdə bayraqlar dalğalandıran,gerçəkləri dünyaya bəyan edən haqq-ədalət carçısıdır. Təsadüfi deyildir ki,bir çox inkişaf etmiş ölkələr illərdir taktiki olaraq xüsusilə qadınların savadlandırılması və ön sıralara çəkilməsi yolunda tədbirlər görüb və görməkdə davam edir. Dünya tarixində qadınlar təkcə sadalanan sahələrdədeyil,həmçinin hərb sahəsində,döyüşlərdə və müharibələrdə göstərdikləri şücaətlə də yadda qalmış,həmin savaşların gedişatında və taleyində önəmli rol oynamışlar. Heç şübhəsiz ki,bu cür qəhrəman qadınların ən bariz nümunəsi tarixlərə səs salmış türksoylu Azərbaycan qadınlarıdır. Azərbaycan qadını əxlaqı,tərbiyəsi,xanımlığı ilə seçilmiş,qəhrəman oğullar böyütmüş və lazım gəldikdə vətən üçün aslankimi mübarizə apararaq düşmənə boyun əymədən  şəhidlik zirvəsinə yüksəlmişdir. Azərbaycan qadınının qəhrəmanlıq dastanı hələ eramızdan əvvəl Tomrislə başlamış, Salatın Əsgərovaya qədər çox böyük bir yol qət edib, indi də davam etməkdədir.Bildiyimiz kimi ən yeni tarixin böyük bəlalarından olan Qarabağ müharibəsi Azərbaycanımızın qan yaddaşını təşkil etməklə yanaşı,müasir dövrümüzdə həll olunması vacib olan,həm daxili,həm də xarici siyasətimizin səfərbər olduğu,ilk sıralarda yer almış başlıca problemimizdir. Azərbaycan qadınları bu böyük mübarizədə döyüş meydanlarında canlarından keçməklə qeyrətli vətən oğullarına dəstək olmuş,qorxmadan,çəkinmədən həm ön,həm də arxa cəbhədə mübarizə aparmaqla mənfur düşmənlərə və ümumilikdə bütün dünyaya güclərini sübut etmiş və tarixlərdən gələn dastanlarımızdakı qadın qəhrəmanlarını müasir dövrdə canlı olaraq nümayiş etdirmişlər. Salatın Əsgərova 1991-ci il 9 yanvar tarixində Laçın-Şuşa yolunun 6-cı kilometrliyində Qaladərəsi kəndi yaxınlığında erməni mühasirəsinə düşmüş və şiddətli atəşə məruz qalmışdır. İstedadlı jurnalist, Qarabağ həqiqətlərini dünyaya çatdırmaq istərkən taleyin hökmü ilə şəhid olmuş və Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Gültəkin Əsgərova 1992-ci il 19 iyulda Aranzəmin yüksəkliyi uğrunda gedən döyüşdə qəhrəmancasına həlak olmuş və onu gözləyən onlarla xəstəyə şəfa vermək istərkən fədakar bir həkim kimi dünyadan köçmüşdür. O, ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı ilə mükafatlandırılmışdır. Qaratel Hacımahmudova könüllü olaraq cəbhəyə yollanmış,1993-cü ildə Aşağı Əskipara kəndində mühasirəyə düşmüş, “Kalaşnikov” markalı avtomatla erməni quldurlarını darmadağın etdikdən sonra düşmən əlinə keçməmək üçün son gülləni özünə vurmuşdur. Vəfa Mansurova tarixçi olmaq arzusunu ürəyində qoyub qəbul imtahanlarına deyil,könüllü olaraq cəbhəyə yollanmışdır. Onun və silahdaşlarının sayəsində düşmən sərhəddə yerləşən Daş Salahlı kəndinə yaxın düşə bilməmiş və geri çəkilməyə məcbur olmuşdur. Onların timsalında onlarla Azərbaycan qadını ən çətin günlərdə vətənə dəstək olmuş,sağ qalanlar isə  müharibədən sonra bu günümüzdə də Qarabağ probleminin həlli,həqiqətlərin dünyaya çatdırılması,torpaqlarımızın geri qaytarılması uğrunda səylə çalışmışdır. Düşmənin ən güclü əsgəri belə Azərbaycan qadınının zəhmi qarşısında zəif və acizdir. Bu cür qəhrəman oğullara,qızlara sahib bir xalq olaraq Qarabağın geri qaytarılması və dünyanın ədaləti dərk etməsi yolunda mücadilə verməyə davam edirik. Azərbaycan qadını ən ali zirvəyə-şəhidlik zirvəsinə yüksələ bilmiş ən güclü və ən zərif qadın olaraq öz ata-baba torpağına qayıdacağı günü gözləyir!!!

Nəzrin Quluzadə

Qərbi Azərbaycan İB-nın Gənclər Təşkilatı

Kanal32.az

Your email address will not be published.