Diaspor sədri tənha azərbaycanlı ailələrə dəstək olur-FOTOLAR

0 248

Voronej şəhərindəki diaspor sədri soydaşlarımıza yardımlar edir,onların vəziyyəti ilə mütəmadi maraqlanır.

Rusiya Federasiyasının Voronej şəhərində fəaliyyət göstərən “Birlik” Voronej İctimai Təşkilatının sədri Mehdi Mehdiyev uzun illərdir ki,orada yaşayan soydaşlarımıza maddi və mənəvi dəstək olur.Onların üzləşdikləri problemlərin həllinə imkanları daxilində maksimum yardım edir.

Kanal32.az xəbər verir ki,elə bu günlərdə tanınmış diaspor lideri Mehdi Mehdiyev daha bir neçə örnək addımlar atıb.Belə ki,o etdiyi yardım kampaniyasının tərkib hissəsi kimi Voronej vilayətininin müxtəlif bölgələrində yaşayan tənha və imkansız azərbaycanlı ailələrlə görüşüb,onlara ərzaq yardımları edib.

Ancaq bu insanların içərsində bir tənha qadının həyat tərzi xüsusi diqqət çəkir.Vorononej vilayətinin Kaşir rayonunun Ryabçevo kəndində yaşayan Qərbi Azərbaycan doğumlu və Tərtər rayonunun Zolgörən kəndində pasport qeydiyyatında olan 80 yaşlı Səfərova Qəndab İsmayıl qızıdır.

80 yaşlı Səfərova Qəndab İsmayıl qızı uzun illərdir ki,Kaşir rayonunun Ryabçevo kəndindəki köhnə və uçuq evdə tənha  yaşayır.Onun bu kənddə tənha yaşamasının və Azərbaycana getməməsinin bir səbəbi var.Oğlunun gənc yaşında məhz burada rəhmətə getməsi və qəbrinin bu kənddə olması…

Soydaşımız Qəndab Səfərova deyir ki,o xeyli müddətdir tənha yaşasa da,əslində özünü tənha və kiməsiz saymır.Çünki Mehdi Mediyev hər zaman onunla maraqlanır,problemlərinin həllinə yardımçı olur,həmçinin maddi dəstəyini əsirgəmir.

Rusiyada da karantin rejimi olmasına baxmayaraq,Qəndab Səfərova yenə də diqqətədən kənarda qalımayıb.“Birlik” Voronej İctimai Təşkilatının sədri Mehdi Mehdiyev onun yaşadığı evə gələrək,ona lazımı ərzaq məhsulları və dərman pereparatları olan bağlamlar verib.

Kanal32.az

Your email address will not be published.