Mingəçevirdə 450 nəfər tənha qocaya ərzaq yardımı edilib-FOTOLAR

0 317
Mingəçevir şəhər İcra Hakimiyyəti tərəfindən yaşı 65-dən yuxarı olan 450 nəfər tənha qocalara ərzaq yardımı edilib.

Mingəçevir şəhərində Prezidentin  “Biz birlikdə güclüyük” çağırışına genişmiqyaslı şəkildə dəstək nümayiş etdirilir.

Azbelediyye.az Kanal32.az-a istinadla xəbər verir ki,Mingəçevirdə də Prezident İlham Əliyevin ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizə məqsədilə  “Biz birlikdə güclüyük” çağırışına genişmiqyaslı şəkildə dəstək nümayiş etdirilir.Elə bu məqsədlə müəyyənləşdirilmiş siyahı üzrə Mingəçevir İcra hakimiyyətinin təşəbbüsü ilə şəhərdə yaşayan və yaşı 65-dən yuxarı olan  tənha insanlara gündəlik tələbat məhsullarından ibarət ərzaq bağlamaları paylanıb.

İcra hakimyyətinin məsul əməkdaşları bir-bir həmin tənha insanların evlərinə gedərək onların problemlərini dinləyib,yaşayış şəraiti ilə maraqlanıb və ərzaq bağlamalarını şəxsən özlərinə təqdim ediblər.Pyalanan bağlamaların hər biri 13 adda ərzaq məhsulundan (3 kq kartof, 3 kq soğan, 5 kq birinci növ un, 3 kq makaron, 3 kq vermişel, 1 kq düyü,  2 ədəd limon, 100 qramlıq 2 qutu çay, 2 kq şəkər tozu, 2 kq qənd, 1 ədəd toyuq, 1 kq ərinmiş kərə yağı, 1 litr günəbaxan yağı) ibarətdir.

Ərzaq bağlaması alan şəxslər onları daim  diqqətdə saxlayan və hər zaman yanlarında olan ölkə prezidentinə və  İcra Hakimiyyətinin rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Onu da qeyd edək ki,respublikamızın hər yerində olduğu kimi, Mingəçevir şəhərində də koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkəmizdə tətbiq edilən xüsusi karantin rejimi qaydalarına ciddi əməl olunur.Həmçinin, “Evdə qal!” kampaniyası çərçivəsində müxtəlif xeyriyyə tədbirləri həyata keçirilir.

İnqilab

Kanal32.az

Your email address will not be published.