Bu məktəb pandemiyaya qarşı mübarizəyə humanitar dəstək verib-FOTOLAR

0 197

Mingəçevirdə müəllimlər şagirdlərinin ailələrinə ərzaq yardımı ediblər.

Azbelediyye.az Kanal32.az-a istinadla xəbər verir ki,pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar vətəndaşlara dəstək məqsədi ilə keçirilən yardım aksiyasına 16 №-li tam orta məktəbin direktoru Sevinc Həsənova,o cümlədən həmin məktəbin pedoqoji kollektivi də qouşulub.Aksiya çərçivəsində direktor və müəllimlər 16 №-li məktəbdə təhsil alan təkvalideyinli və aztəminatlı şagirdlərin ailələrinə,həmçinin məktəbin imkansız texniki işçilərinə gündəlik tələbat məhsullarından ibarət ərzaq bağlamaları paylayıblar.Onlarla söhbət ediblər,hər hansı problemlərinin olub-olmaması ilə maraqlanıblar.

Yardım edilən ailələr də öz növbəsində göstərdikləri diqqət və qayğıya görə əziyyəti keçən bütün şəxslərə  minnətdarlıqlarını ifadə ediblər.

16 №-li  tam orta məktəbin direktoru Sevinc Həsənova qeyd edib ki,hər birimiz prezidentimiz cənab İlham Əliyevin ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizə məqsədilə  “Biz birlikdə güclüyük” çağırışına qoşulmalıyıq və imkanlarımız daxilində ehtiyacı olan insanlara yardım  göstərməliyik.

Həmçinin,direktor Sevinc Həsənova dünyada tüğyan edən koronavirusla əlaqədar xalqımızın sağlamlığının qorunması üçün  qabaqlayıcı tədbirlərin görülməsi, vəziyyətə uyğun zəruri addımların atılması, insanların sosial müdafiəsinin tam təmin olunması istiqamətində gördüyü işlərə və qəbul etdiyi mühüm qərarlara görə prezident İlham Əliyevə öz təşəkkürünü bildirib.Sevinc Həsənova onu da vurğulayıb ki,hörmətli cənab Prezident, hər zaman xalqın yanında olub və həyata keçirdiyi sosial siyasət bu reallığı tam əks etdirir.Ölkəmizi müxtəlif təhdidlərdən qoruyan, onun davamlı və böyük uğurlar əldə etməsinə imkan yaradan mühüm səbəblərdən biri məhz liderlə xalq arasında olan bağlılıqdır. Arzu edirəm ki,möhtərəm Prezidentimizin “Biz birlikdə güclüyük!” çağırışı uzun illər ölkəmizin zəfər simfoniyası olsun.

Onu da qeyd edək ki,16 №-li  tam orta məktəb aprelin 2-dən başlanan “Virtual məktəb” layihəsinə də qoşulub və hər bir şagird “Virtual məktəb” portalında qeydiyyatdan keçərək öz yaşına əsasən sinfə təyin olunmuş müəllimlər tərəfindən tədrisə cəlb olunub.O cümlədən teledərslərdə də iştirak edirlər.

Kanal32.az

Your email address will not be published.