Mingəçevirin ziyalı xanımları 35 ailəyə dəstək oldu-FOTOLAR

0 352

Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatının Qadınlar şurası 35 aztəminatlı ailəyə ərzaq yardım edib.

Azbelediyye.az “Kanal32“yə istinadla xəbər verir ki,bütün dunyanı ağuşuna alan koronavirusun  tüğyan etdiyi bir vaxtda,ölkəmizdə tətbiq edilən karantin gunlərində Mingəçevir şəhər YAP Qadınlar Şurasını sədri Nurcamal Əsgərovanın rəhbərliyi ilə Şura üzvləri #bizbirlikdəgüclüyük şuarı altında humanitar aksiya keçiriliblər.Belə ki,onlar dəstək aksiyası çərçivəsində aztəminatlı ailələrə, təhna insanlara, həyat yoldaşını itirmiş analara, himayəsində əlil və xəstəsi olan ailələrə ərzaq yardımı ediblər.Ümumlikdə yardım kampaniyası  35 aztəminatlı ailəni əhatə edib.1 ailəyə isə nağd pul yardımı olunub.

COVİD-19 virusunun Respublikamızda geniş yayılmasının vaxtında qarşısının alınması və kutləvi fəlakətə səbəb olmaması üçün ölkə başçımız Cənab İlham Əliyevin öncədən düzgün və yerində verdiyi qərar və sərəncamları dəstəkləyir, cənab Prezidentin və vitse-prezident Mehriban xanım Əliyevanın çağırışına səs verərək hər birinizi #evdəqal’mağa və qayda-qanuna əməl etməyə çağırırıq.

Ümid edirik ki, intizamlı vətəndaşlarımız bu virusla mübarizədə dövlət siyasətini dəstəkləyərək tezliklə bu xəta-bəlanın ölkəmizin başı üzərindən çəkilməsinə kömək edəcəklər.

Qeyd edək ki,bu yardım kampaniyasına şəhərimizin ziyalı xanımları- Ədalət Quliyeva,Natavan Cəfərova,Nailə Məmmədova,Gültəkin Quliyeva,Xurşud Zamanova,Dilşad İlyasova,Sevinc Həsənova,Lamiyə Hüseynova və Günel Ələkbərova da qoşulub və öz töfhələrini veriblər.

Müəllif: İxtiyar Həsənli

Azbelediyye.az

Your email address will not be published.