Mingəçevirdə qanvermə aksiyası keçirilib-FOTOLAR

0 313

Mingəçevir şəhərinin vəzifəli şəxsləri qanvermə aksiyasına qoşulub.

Xəbər verdiyimiz kimi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzi tərəfindən qan xəstəliklərindən, xüsusilə də talassemiyadan əziyyət çəkən insanlara kömək məqsədilə qanvermə aksiyasına başlanılıb.

Kanal32.az-ın məlumatına görə,qanvermə aksiyasına Mingəçevir Şəhər İcra Hakimiyyəti də qoşulub.Aprelin 22-də keçirilmiş qanvermə aksiyasında Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, icra aparatının və Heydər Əliyev Mərkəzinin əməkdaşları,Mingəçevir Dövlət Universitetinin kollektivi, Mingəçevir şəhər bələdiyyəsinin,Mingəçevir Telekommunikasiya Qovşağının, Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatının və digər qurumların əməkdaşları  iştirak edib.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Mərkəzi  Qan Bankının Mingəçevir bölməsinin müdiri Vüsalə Səfərəliyeva  bildirib ki, aksiya zamanı toplanan qan bir sıra xroniki xəstəliklərdən əziyyət çəkən insanların, o cümlədən talassemiyalı və hemofiliyalı xəstələrin müalicəsi üçün istifadə olunacaq.

Kanal32.az

Your email address will not be published.