Mingəçevir rabitəçiləri də imkansız ailələri unutmadı-FOTOLAR

0 549

Mingəçevir Telekommunikasiya Qovşağı da yardım aksiyasına qoşulub.

Mingəçevirdə də Prezident İlham Əliyevin ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizə məqsədilə  “Biz birlikdə güclüyük” çağırışına genişmiqyaslı dəstək nümayiş etdirilir. Yardıma ehtiyacı olan ailələrə maddi və mənəvi kömək göstərilir.

Kanal32.az xəbər verir ki,İcra hakimiyyətinin təşəbbüsünə qoşulan növbəti müəssisə isə “Aztelekom” MMC-nin Mingəçevir Telekommunikasiya Qovşağı olub.Belə ki, sözügedən idarənin işçiləri karantin dövründə maddi durumu yaxşı olmayan aztəminatlı ailələrə,tənha şəxslərə,qocalara və əlillərə yardım ediblər.

İdarənin Həməkarlar İttifaqı Komitəsinin sədri Elçin İsayevin saytımıza verdiyi məlumata görə,son üç gün ərzində Telekommunikasiya Qovşağının  əməkdaşları ağır vəziyyətdə yaşayan 42 ailənin evinə gedərək ərzaq bağlamalarını onlara şəxsən təqdim ediblər və hər birinin problemləri ilə maraqlanıblar.

Kana32.az-ın müxbiri ilə söhbətində Mingəçevir Telekommunikasiya Qovşağının rəisi Mahir Mürsəlov bildirib ki,hər birimiz prezident cənab İlham Əliyevin ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizə məqsədilə atdığı bütün addımları təqdir etməliyik və “Biz birlikdə güclüyük” çağırışına qoşulmaqla imkanlarımız daxilində ehtiyacı olan insanlara yardım  göstərməliyik.

 

Kanal32.az

 

Your email address will not be published.