Deputatdan nazirlərə ŞİLLƏ KİMİ SÖZLƏR

0 224

Milli Məclisin Regional məsələlər komitəsininn sədri Siyavuş Novruzov bəzi nazirliklərin aparatlarında islahatların aparılmasını vacib hesab edir.

Azbelediyye.az Kanal32.az-a istinadla  xəbər verir ki, S.Novruzov parlamentin bu gün keçirilən iclasında Hesablama Palatasının 2019-cu il üzrə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı bildirib ki, bəzi nazirliklərin aparatları şişirdilmiş aparatlardır.

Onun fikrincə, Hesablama Palatası bu məsələyə diqqət yetirməlidir. S.Novruzov dövlət qurumlarında aparat rəhbərlərinin də təyin olunması məsələsinə toxunub:

“Hamı aparat rəhbəri təyin edir. Mənzil istismar sahəsindın tutmuş icra hakimiyyətinə qədər hamı aparat rəhbəri təyin edir. Bəs onda müavin funksiyası harda qalır?”.

S.Novruzov əlavə edib ki, bütün nazirliklərdə mətbuat xidmətlərin təyin olunmasına da toxunub. O qeyd edib ki, mətbuat xidməti ancaq zəruri qurumlarda olmalıdır:

“Karantin dövründə də gördük ki, nazir qalıb kənarda, bunun mətbuat xidməti xalqa “əlləzinə” oxuyur. Əgər xalqın qarşısına çıxmağa üzü yoxdursa və ya qabiliyyəti çatmıra getsin otursun evdə. Nazirin vəzifəsi ictimaiyyət qarşısına çıxmaq və ictimaiyyəti birbaşa məlumatlandırmaqdır”.

Your email address will not be published.