Mingəçevir xəstəxanasında böyük təhlükə-VİDEO-FOTO

0 572

Mingəçevir Şəhər Mərkəzi  Xəstəxanasında karantin rejiminin tələblərinə əməl edilmir…

Kanal32.az-ın əməkdaşı mayın 12-si səhər saat 9:00 radələrindən saat 11:00-a kimi Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında pasiyentlərə göstərilən “xidmət”i müşahidə edib. Bu zaman çox biabrçı mənzərə ilə üzləşib.Belə ki, təxminən 150 nəfərə yaxın insan müayinə və müalicə üçün sözügedən xəstəxanaya gəlib. Ancaq koronavirus pandemiyasının tüğyan etdiyi bir vaxtda bu sağlamalıq ocağında insanların həyatı ilə oynayırlar. Karantinəqədərki dövrdə poliklinkanın girişində 6-7 mühafizəçi saxlayan  xəstəxana rəhbərliyi nədənsə bu çətin günlərdə yüzlərlə insanın qarşısına cəmi bir mühafizəçi çıxarıb.

Bu biçarə gənc oğlan da qalıb qaydalara məhəl qoymayan, ara məsafəsi saxlamayan və saxlamaq istəməyən pasiyentlərin əlində…Vətəndaşların məsuliyyətsiz davranışı təbii ki,birmənalı şəkildə qəbul edilən deyil və öz həyatları ilə bərabər,ətrafdakıların da həyatını təhlükəyə atır.Həm xəstəxanaın qeydiyyat bölməsində, həm də çöldə sözün əsl mənasında qorxunc vəziyyət hökm sürürdü.Necə deyərlər,hamı bir-birin ağzına girmişdi.

Amma,təhlükəyə rəvac verənin biri də qeyri-peşəkar idarəetmə səgiləyən xəstəxana rəhbərliyidir.Adi günlərlə müqayisədə bütün qurumlar,əsasən də xəstəxanalar gücləndrilmiş iş rejimində çalışır. Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası isə əksinə…Dünya praktikasında, ərşdən-kürşdən, “analoqu olmayan tibbi xidmət”dən ağızdolusu danışan xəstəxananın qalmaqallı direktoru Könül Ələkbərov isə bu aralar sanki “qeybə çəkilib”. Görəsən, bu “yenilikçi” menecer-doktor haradadır və  bu biabrıçılıqlara niyə göz yumur ? Yoxsa, onun bu xalqla, mingəçevirlilərlə düşmənçiliyi var???

Bəs cənab prezidentin karantin rejimi ərəfəsində insanların sağlamlığına və onların gündəlik həayt tərzinə xüsusi diqqətin ayrılması ilə verdiyi tapşırıq və göstərişlər???

Lentə aldığımız fotolara diqqətlə baxın və qiymət verin:

Qeyd edək ki,Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında baş verən qandonduran olaylar və cinayət tərkibli əməllərdən isə yaxın günlərdə ətraflı söhbət açacağıq.Dövlət başçına və dövlətə xəyənət edənlərdən bir neçəsi də məhz buradadı…

Kanal32.az

Your email address will not be published.