Mingəçevirdə dəhşətli yol qəzası baş verib.
Kanal32.az xəbər verir ki,Mingəçevir şəhəri, “Energetiklər” qəsəbəsinin ərazisində iki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası olub. Naxçıvan küçəsindəki əsas yolda yüksək sürətlə hərkətdə olan “Mercedes” markalı minik avtomobili “Hyundai” markalı minik avtomobili ötüşürmüş. Bu zaman idarəetməni itirən “Mercedes” yoldan çıxaraq işıq dirəyinə çırpılıb. Dəmir dirək yolun kənarındakı ağacın kölgəsində oturmuş “DOST “MMC-nin xətti ilə təmizlik işlərinə cəlb olunmuş sosial işçilərin üzərinə aşıb.Nəticədə Təzəgül adlı qadın elə hadisə yerindəcə keçinib.4 nəfər isə ağır xəsarət alıb.Onlar Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirliblər,vəziyyətləri ağır qiymətləndirilir.Hadisə yerinə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı,Hüquq-mühafizə orqanlarının rəhbərləri gəlib.
Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsinin və şəhər Prokurorluğunun istintaq qrupu tərəfindən araşdırma aparılır.