Şəkidəki dəhşətli qəzadan ÖZƏL FOTOLAR

0 231

Şəkidə yük maşını ilə minik avtomobili toqquşub, biri ağır olmaqla dörd nəfər xəsarət alıb.

Kanal32.az xəbər verir ki,hadisə iyunun 13-ü axşam saatlarında Şəki-Oğuz magistral yolunun Şəki rayonu Vərəzət kəndi ərazisindən keçən hissəsində baş verib.

Şəki şəhər sakini, 1975-ci il təvəllüdlü Elçin Yaqub oğlu Məmmədovun idarə etdiyi 90-CS-958 dövlət nömrə nişanlı “Qaz 3321” markalı yük maşını ilə Şəki şəhər sakini, 1989-cu il təvəllüdlü Şirxan Rafiq oğlu Mikayılovun idarə etdiyi “Hyundai Sonata” markalı minik avtomobili toqquşub. Nəticədə “Qazel” markalı yük maşını yoldan çıxaraq bir neçə dəfə aşıb.

Qəza zamanı minik avtomobilində olan sərnişinlər – Şəki rayonunun Baş Zəyzid kənd sakinləri – 2001-ci il təvəllüdlü Həsən Nadir oğlu Əhmədov, 2000-ci il təvəllüdlü Ceyhun Elman oğlu İsayev, 2003-cü il təvəllüdlü Mustafa Kazım oğlu Salmanlı və Vərəzət kənd sakini, 2003-cü il təvəllüdlü Turqut Hakim oğlu İsgəndərov  müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.Onlar Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Yaralılardan Həsən Əhmədova qapalı kəllə-beyin travması diaqnozu qoyulub, müalicəsi reanimasiya şöbəsində aparılır, vəziyyəti ağır qiymətləndirilir. Digər yaralıların xəsarətləri yüngül olduğundan onlara xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Faktla bağlı DYP-ın istintaq qrupu tərəfindən araşdırma aparılır.

Kanal32.az

Your email address will not be published.