Mingəçevirin musiqi məktəbi Azərbaycanda ilkə imza atdı-VİDEO

0 304

Mingəçevir şəhər Ü.Hacıbəyli adına 11 illik musiqi məktəbi Azərbaycanda bir ilkə imza atıb.

Kanal32.az xəbər verir ki,ötən həftə Türkiyənin “Bengü Türk” Televiziyasında yayımlanan ″Azərbaycan Rüzgarı″ proqramının 13 dəqiqəsi Mingəçevirə həsr olunub. Belə ki, zoom proqramı vasitəsi ilə verilişə qoşulan Mingəçevir şəhər Ü.Hacıbəyli adına 11 illik musiqi məktəbinin direktoru Vüsal Məmmədov öncə Mingəçevir haqqında ətraflı məlumat verib,şəhərin turizm imkanlarından danışıb.Eyni zamanda pandemiya dövründə həyata keçirilən tədbirlər haqqında məlumat verib,rəhbərlik etdiyi musiqi məktəbinin fəaliyyətindən bəhs edib. Sonra Ü.Hacıbəyli adına 11 illik müsiqi məktəbinin orkestri Üzeyir Hacıbəylinin “Cəngi” əsərini və “Koroğlu” uverturasını ifa ediblər.Həmçinin,Mingəçevir şəhərinin görüntüləri yayımlanıb.

Kanal32.az həmin verlişin Mingəçevirdən bəhs edən hissəsini təqdim edir:

Qeyd edək ki,Azərbaycan musiqisənə həsr olunan verlişdə Xalq artistləri-tarzən Möhlət Müslümov, xanəndə Gülyanaq Məmmədovanın,Əməkdar artist Təyyar Bayramovun, kamança ustası Habil Əliyevin,Fəxrəddin Dadaşov və başqalarının ifaları da dinlənilib. Bütün bunlar türkiyəli tamaşaçılar tərəfindən böyük maraqla izlənilib.

Xatırladaq ki, ″Azərbaycan Rüzgarı″ verilişinin müəllifi və aparıcısı ürəyi hər zaman Azərbaycanla döyünən həmyerlimiz,telejurnalist Səidə Ömərdi.

Kanal32.az

Your email address will not be published.